Cavid Hüseynov: “Potensialımız daha çoxdur, qarşıdakı oyunlarda qələbələr qazanmaq istəyirik”

15.08.26 | 23:11
Ölkə futbolu

Azərbaycan Premyer Liqasının I turunda “İmişli” ilə qolsuz bərabərə qalan “Araz-Naxçıvan”ın baş məşqçisi Cavid Hüseynov matçdan sonra keçirilən mətbuat konfransında qarşılaşmanı dəyərləndirib və komandanın qarşıdakı planlarından danışıb.

Yeni mövsüm barədə danışan Naxçıvan təmsilçisinin baş məşqçisi bildirib: “Yeni mövsümün başlaması münasibətilə bütün futbol ictimaiyyətini təbrik edirəm. Bilirdik ki, bizi çətin oyun gözləyir. Hazırlığa bir qədər gec başladığımız üçün cəmi 5 həftə məşq etmək imkanımız oldu. Buna baxmayaraq, futbolçuların mübarizəsindən razı qaldım. Potensialımızın daha yüksək olduğunu bilirik. Qarşıdakı məşqlərdə çatışmazlıqlar üzərində çalışaraq növbəti oyunlarda daha yaxşı nəticələr qazanmağa çalışacağıq”.

Komandanı qarşıda “Neftçi”, “Sabah” və “Qarabağ” kimi iddialı rəqiblərlə ard-arda ağır sınaqlar gözləyir. Baş məşqçi bu matçlara hazırlıq prosesi barədə fikirlərini bölüşüb: “Bəli, bizi qarşıda ağır oyunlar gözləyir. Bu çempionat daha maraqlı olacaq. Bütün rəqiblərə qarşı eyni qaydada hazırlaşacağıq. Çalışacağıq ki, yaxşı nəticələr qazanaq”.

“Araz-Naxçıvan”dakı mövcud iş şəraitindən və klub rəhbərliyinin münasibətindən danışan Cavid Hüseynov dəstəyi xüsusi vurğulayıb: “Fürsətdən istifadə edib rəhbərliyə təşəkkür etmək istəyirəm. Mənə çox dəstək olurlar. İstədiyimiz futbolçuları komandaya cəlb ediblər”.

Azarkeşlərin maraqla gözlədiyi, “Neftçi”nin sabiq yarımmüdafiəçisi Mamadou Kanenin meydana nə vaxt çıxacağı ilə bağlı suala baş məşqçi aydınlıq gətirib: “Komandaya ən son qoşulanlardan biri Kanedir. Ona görə çox da risk etmək istəmirik. Optimal formaya gəlməsi üçün hələ vaxt lazımdır. Fiziki durumunu düzəldəndən sonra onu meydanda görəcəyik”.v

Paylaş:

Xəbər Lenti

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27