Cənubi Koreya futbolunda qalmaqal: Əcnəbi hakimlərə seksual xidmət göstərildiyi iddia olunur

06.08.26 | 15:23
Dünya futbolu

Cənubi Koreya Futbol Assosiasiyası (KFA) ətrafında ciddi qalmaqal alovlanıb. Koreyanın JTBC televiziya kanalının apardığı araşdırma nəticəsində məlum olub ki, 2011-ci ildə qurum milli komandanın matçlarından öncə xarici referilərə dəfələrlə cinsi xarakterli xidmətlər təşkil edib.

JTBC-nin yaydığı məlumatda bildirilir ki, Assosiasiya 2011-ci il ərzində ümumilikdə 7 matçdan öncə 10-a yaxın xarici hakim üçün bu cür «xidmətlər» təşkil edib. Həmin qarşılaşmaların sırasına təkcə yoldaşlıq görüşləri deyil, həm də DÇ-2014-ün seçmə mərhələsi və 2012-ci il London Olimpiadasının həlledici təsnifat oyunları daxildir.

Araşdırma göstərib ki, federasiya əməkdaşları Seul, Çanqvon, Ulsan və digər şəhərlərdə yerləşən masaj salonlarının yüz minlərlə vonluq hesablarını qurumun korporativ bank kartları vasitəsilə ödəyiblər. O dövrdə assosiasiyada çalışmış keçmiş əməkdaşlardan biri verdiyi açıqlamada həmin vaxtlar bunun «adi hal və vərdiş edilmiş təcrübə» olduğunu etiraf edib.

Yaranmış vəziyyətlə bağlı Cənubi Koreya Futbol Assosiasiyası da rəsmi münasibət bildirib: «Ehtimal ki, 15 il əvvəl belə bir xoşagəlməz insident baş verib. Lakin hazırda qurumumuzda ciddi daxili nəzarət mekanizmləri tətbiq olunub və bu kimi halların qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür».

JTBC kanalı yaxın vaxtlarda araşdırmanın yeni və daha təfərrüatlı məqamlarını ictimaiyyətə təqdim edəcəyini açıqlayıb.

Paylaş:

Xəbər Lenti

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13