Buntiç “Qarabağ”dan gedir?

24.04.26 | 15:34
Ölkə futbolu

“Qarabağ”ın xorvatiyalı qolkiperi Fabiyan Buntiç karyerasını Çexiya çempionatında davam etdirə bilər. 29 yaşlı qapıçı ilə Çexiya elitasının təmsilçisi “Siqma” yaxından maraqlanır.

Olomouts şəhərini təmsil edən eyniadlı klub, təcrübəli əlcək sahibini artıq bu yay heyətinə qatmaq niyyətindədir. Lakin hazırda tərəflər arasında rəsmi razılığın əldə olunmasına mane olan ciddi bir məqam var. Belə ki, “Siqma”nın təklif etdiyi illik maaşın Buntiç üçün qaneedici olmadığı bildirilir.

Maliyyə şərtləri ilə bağlı ortaq məxrəcə gəlinməsə, xorvatiyalı qapıçı karyerasını Ağdam klubunda davam etdirəcək. Xatırladaq ki, Buntiçin “Köhlən atlar”la 2026/27 mövsümünün sonuna qədər qüvvədə olan müqaviləsi var.

Qeyd edək ki, qapıçı bu mövsüm “Qarabağ”ın heyətində həm daxili çempionatda, həm də avrokuboklarda inamlı çıxışı ilə diqqət çəkib. O, son olaraq Azərbaycan Kubokunun yarımfinalında “Sabah”la matçda qırmızı vərəqə alan Mateuş Koxalskini əvəzləyərək meydanda yer alıb. Hazırda transfer prosesinin necə yekunlaşacağı hər iki tərəfin növbəti addımlarından asılıdır.

Paylaş:

Xəbər Lenti

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41

Yamal sehri: Ulduz vinger İspaniyanın talismanına çevrilib

15.07.26 | 12:26