Macarıstanın paytaxtı Budapeştdə keçirilən ilin son reytinq turniri başa çatmaq üzrədir. Yarışın beşinci günündə ölkəmizin yunan-roma güləş millisinin 4 üzvü xalçaya çıxacaq. Pəhləvanlarımızın ilk rəqibləri b’llidir.
60 kq: Elmir Əliyev (mübarizəyə 1/4 finaldan / növbəti mərhələdən başlayacaq)
63 kq: Murad Məmmədov – Pridon Abuladze (Gürcüstan)
63 kq: Sakit Quliyev – Şerməhəmməd Şaribcanov (Özbəkistan)
97 kq: Arif Niftullayev – Branko Dukiç (Serbiya)
Hazırda aktivində 3 (1 qızıl, 1 gümüş, 1 bürünc) medal olan yığmamızın heyətində Əli Sokayev (92 kq) çempion olub, Cəbrayıl Hacıyev (79 kq) gümüş, Birgül Soltanova (65 kq) isə bürünc mükafat qazanıb.