Breno Almeyda “Araz-Naxçıvan”a keçdi?

15.01.26 | 23:34
Ölkə futbolu

Kipr mətbuatının yaydığı məlumata görə, “Etnikos”un braziliyalı legioneri Breno Almeyda karyerasını Azərbaycan çempionatında davam etdirəcək. Klubun ofisinə daxil olan rəsmi təklif rəhbərlik tərəfindən maliyyə baxımından olduqca cəlbedici hesab edilib.

Büdcə üçün qazanc, meydan üçün itki

“Etnikos” rəhbərliyi braziliyalı oyunçunun gedişini komanda üçün ciddi texniki itki hesab etsə də, klubun büdcəsi üçün mühüm qazanc kimi dəyərləndirib. Hücumun cinahlarında nümayiş etdirdiyi yüksək keyfiyyət, sürət və yaradıcılığı ilə seçilən 27 yaşlı futbolçu üçün təklif olunan şərtlər elə bir səviyyədə olub ki, klub prezidenti Kikis Filippu bu transferə tərəddüdsüz “yaşıl işıq” yandırıb.

Məhsuldar göstəricilər

Sağ cinah hücumçusu cari mövsümdə keçirdiyi 13 qarşılaşmada 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 2024-cü ilin yayında “Etnikos”a qoşulan Almeyda, ümumilikdə bütün turnirlərdə 47 dəfə bu klubun formasını geyinib. O, bu müddət ərzində 6 qol və 10 asist müəllifi olub.

“Araz-Naxçıvan”ın yeni gücü

Mətində klubun adı rəsmi olaraq qeyd edilməsə də, əldə olunan məlumatlara görə, Breno Almeyda artıq Azərbaycan Premyer Liqası təmsilçisi “Araz-Naxçıvan” ilə rəsmi müqavilə imzalayıb. Bu keçid həm idman səviyyəsi, həm də maliyyə şərtləri baxımından braziliyalı oyunçu üçün mühüm addım hesab olunur.

Paylaş:

Xəbər Lenti

Ayxan Abbasov San Marino qələbəsindən sonra komandadakı problemləri açıqladı

10.06.26 | 07:21

Millimiz Qırğızıstana uduzdu

09.06.26 | 23:05

“Zirə” Anatoli Nuriyevlə vidalaşdı

09.06.26 | 23:13

Məmmədyarov Erigaisi ilə heç-heçə etdi, Muradlı isə liderdir

09.06.26 | 23:21

“Qarabağ”ın yay hazırlıq planı məlum oldu

09.06.26 | 23:29

Ruy Jorje debüt matçında qələbə qazandı

09.06.26 | 23:54

“Sumqayıt”ın sabiq çalışdırıcısı “Partizan”da

09.06.26 | 23:14

Üç futbolçu paytaxt klubunu tərk etdi

09.06.26 | 17:29

Tovuzlular kapitanla vidalaşdı

09.06.26 | 17:30

Şotlandların qərarı Norveçin baş məşqçisini hövsələdən çıxardı

09.06.26 | 17:52

Xəyal Əliyev  Madridə yollandı

09.06.26 | 16:52

Afrikanın ən yaxşı hakimi ABŞ-a buraxılmadı

09.06.26 | 14:20

TV proqram

09.06.26 | 13:37

DÇ-2026-nın təqvimi

09.06.26 | 13:52

“Şafa” “Sabah”ın sabiq qolkiperi ilə anlaşdı

09.06.26 | 13:52

Roberto Çevoli: “Məqsədimiz Azərbaycanla oyunda maksimum gücümüzü göstərməkdir”

09.06.26 | 12:09

Məmmədyarov uduzdu

09.06.26 | 00:50

Ayxan Abbasovdan sərt tələb: “Klublarında 7-8 dəqiqə oynamaqla kifayətlənməməlidirlər!”

09.06.26 | 00:05

Sumqayıt Konfrans Liqasının oyunlarına hazırlaşır

08.06.26 | 20:33

“Şəfa” yeni mövsümün hazırlıqlarına iyulda başlayacaq

08.06.26 | 20:54