Braziliya yığmasının təyyarəsində qəribə mənzərə: Danilo Braziliyaya tək qayıtdı

08.07.26 | 14:00
Dünya futbolu

Norveçə məğlubiyyətdən sonra Braziliya Futbol Konfederasiyasına (CBF) məxsus xüsusi təyyarə vətənə qayıdıb. Komandanın müdafiəçisi Danilo Luyis da Silva bu uçuşda ayaqlarını rahat uzatmaq üçün kifayət qədər geniş məkan əldə edib – çünki nəhəng təyyarədəki yeganə futbolçu elə o olub.

Dünən, çərşənbə axşamı günü CBF-nin heyətini daşıyan təyyarə Nyu-Cersidən qalxaraq Rio-de-Janeyroda eniş edib. Xatırladaq ki, “pentakampeonlar” bir neçə gün əvvəl 1/8 final mərhələsində Norveçə uduzaraq turnirlə vaxtından əvvəl vidalaşmışdılar.

Braziliyanın “Metropoles” portalının məlumatına görə, 34 yaşlı Danilonun göyərtədə öz yerini tutan tək heyət üzvü olması qəribə mənzərə yaradıb. “Real”, “Yuventus” və “Mançester Siti”nin keçmiş müdafiəçisi hava səyahətində tamamilə tək qalmayıb: onunla birlikdə təyyarədə inzibati heyət, tibbi personal və səhiyyə əməkdaşları yer alıblar.

Bəs digərləri haradadır? İtalyan mütəxəssis Karlo Ançelloti Nyu-Cersidən birbaşa Kanadanın Vankuver şəhərinə getdiyi bildirilir. Kanadalı xanımla ailəli olan təcrübəli məşqçinin bu şəhərdə şəxsi evi var.

Futbolçuların böyük əksəriyyəti isə məğlubiyyətdən dərhal sonra istirahətə yollanıblar. “The Sun” nəşrinin yazdığına görə, Neymar ailəsi ilə birlikdə Orlandoya yola düşüb, Endrik Nyu-Cersidə qalıb, Vinisius Junior isə İbitsaya uçub.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46