Norveçə məğlubiyyətdən sonra Braziliya Futbol Konfederasiyasına (CBF) məxsus xüsusi təyyarə vətənə qayıdıb. Komandanın müdafiəçisi Danilo Luyis da Silva bu uçuşda ayaqlarını rahat uzatmaq üçün kifayət qədər geniş məkan əldə edib – çünki nəhəng təyyarədəki yeganə futbolçu elə o olub.
Dünən, çərşənbə axşamı günü CBF-nin heyətini daşıyan təyyarə Nyu-Cersidən qalxaraq Rio-de-Janeyroda eniş edib. Xatırladaq ki, “pentakampeonlar” bir neçə gün əvvəl 1/8 final mərhələsində Norveçə uduzaraq turnirlə vaxtından əvvəl vidalaşmışdılar.
Braziliyanın “Metropoles” portalının məlumatına görə, 34 yaşlı Danilonun göyərtədə öz yerini tutan tək heyət üzvü olması qəribə mənzərə yaradıb. “Real”, “Yuventus” və “Mançester Siti”nin keçmiş müdafiəçisi hava səyahətində tamamilə tək qalmayıb: onunla birlikdə təyyarədə inzibati heyət, tibbi personal və səhiyyə əməkdaşları yer alıblar.
Bəs digərləri haradadır? İtalyan mütəxəssis Karlo Ançelloti Nyu-Cersidən birbaşa Kanadanın Vankuver şəhərinə getdiyi bildirilir. Kanadalı xanımla ailəli olan təcrübəli məşqçinin bu şəhərdə şəxsi evi var.
Futbolçuların böyük əksəriyyəti isə məğlubiyyətdən dərhal sonra istirahətə yollanıblar. “The Sun” nəşrinin yazdığına görə, Neymar ailəsi ilə birlikdə Orlandoya yola düşüb, Endrik Nyu-Cersidə qalıb, Vinisius Junior isə İbitsaya uçub.