Braziliya üçün epoxanın sonu: Neymar millidən getdi

06.07.26 | 18:44
Dünya futbolu

DÇ-2026-nın 1/8 final mərhələsi dünya futbolunun əsas favoriti sayılan Braziliya millisi üçün faciə ilə başa çatıb. Erlinq Holandın liderlik etdiyi Norveç yığması “pentakampeonlar”ı turnirdən kənarlaşdıraraq böyük bir sensasiyaya imza atıb. Braziliya millisi sonuncu dəfə dünya çempionatlarında belə erkən – uzaq 1990-cı ildə vidalaşmışdı. 2002-ci ildən bəri 6-cı çempionluq həsrəti ilə yaşayan cənubi amerikalılar üçün bu məğlubiyyət həm də bir epoxanın sonu deməkdir.

Matçın 68-ci dəqiqəsində meydana daxil olan 34 yaşlı ulduz Neymar oyunun sonlarına doğru gərginliyini gizlədə bilməyib. Erlinq Holandın vurduğu ikinci qoldan sonra emosiyalarını cilovlaya bilməyən təcrübəli hücumçu rəqibin kapitanı Martin Edeqora tərəf qaçaraq onu çiyni ilə vurub və təxribata çəkməyə çalışıb. Meydandakı bu gərgin anlara Braziliya futbolunun 19 yaşlı gənc istedadı Endrik dərhal reaksiya verərək yaşlı komanda yoldaşını sakitləşdirməyə çalışıb.

Oyunun 100-cü dəqiqəsində Neymarın penaltidən vurduğu qol Braziliyanı xilasına bəs etməyib. Turnirlə vidalaşdıqdan dərhal sonra ulduz futbolçu milli karyerasını bitirdiyini elan edib. Onun vida sözləri hər kəsi duyğulandırıb: “Əlimdən gələni etdim, hər şeyi sınadım. Amma artıq hər şey bitdi. Mən burada başlamışdım, burada da bitirirəm”.

Neymar bu sözlərlə öz beynəlxalq debütünə eyham vurub. Belə ki, o, Braziliya millisində ilk oyununu 2010-cu ildə mhz bu qarşılaşmanın keçirildiyi “MetLife” stadionunda, ABŞ-a qarşı yoldaşlıq matçında etmişdi.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46