Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə lisenziya xarakterli dünya kuboku başa çatıb. Gərgin mübarizə ilə yadda qalan turnirin final mərhələsinə vəsiqə qazanan hər üç boksçumuz həlledici döyüşləri qələbə ilə başa vuraraq Dünya Kubokunun qızıl medallarına sahib olublar.
Həlledici qarşılaşmalarda rəqiblərinə şans tanımayan boksçularımız yarışı üç qızıl medalla başa vurublar. Sübhan Məmmədov (50 kq) finalda İssam Bensayara (Mərakeş), Seyidcamşid Cəfərov (75 kq) isə braziliyalı Tauna Silvaya qalib gəlib. +90 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev finalda Ermənistan idmançısı Davit Çaloyanı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xatırladaq ki, turnirdə 70 kq çəki dərəcəsində mübarizə aparan Nəbi İsgəndərov yarımfinalda məğlub olaraq yarışı bürünc medalla tamamlayıb.
Ümumilikdə 8 boksçu ilə təmsil olunan yığmamız yarışı 3 qızıl və 1 bürünc medalla başa vurublar.