Bellingem İngiltərəni yarımfinala çıxardı, Norveçin nağılı 1/4 finalda bitdi

12.07.26 | 04:47
Dünya futbolu

DÇ-2026-da 28 illik həsrətə son qoyaraq tarixində ilk dəfə 1/4 finala yüksələn Norveç millisi yarımfinalın addımlığında İngiltərə maneəsini aşa bilməyib.

Mayamidə baş tutan dramatik matçda hesabı 36-cı dəqiqədə skandinavlar açıblar. Martin Edeqorun ötürməsindən sonra Andreas Şelderup cərimə meydançasının kənarından möhtəşəm zərbə ilə topu tirə dəydirərək tora qovuşdurub – 1:0.

Tomas Tuhelin yetirmələri bu qola fasiləyə yollanmazdan dərhal əvvəl cavab veriblər. 45-ci dəqiqədə Entoni Qordonun ötürməsini Cud Bellingem tək toxunuşla dəqiq tamamlayaraq tarazlığı bərpa edib – 1:1. Hətta ilk hissəyə əlavə olunmuş vaxtda Harri Keyn fərqlənsə də, VAR müdaxiləsindən sonra oyundankənar vəziyyət səbəbindən qol ləğv edilib.

İkinci yarıda hər iki tərəf önə keçmək üçün təhlükəli epizodlar yaradıb. Əvvəlcə Torbyorn Heggimin tora qovuşdurduğu top qayda pozuntusuna görə sayılmayıb, 76-cı dəqiqədə isə David Volfenin başla zərbəsindən sonra top direkteymədən qayıdıb.

Əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçda düyünü əlavə olunan dəqiqələr açıb. 93-cü dəqiqədə səhnəyə yenidən Cud Bellingem çıxıb. “Real Madrid”in yarımmüdafiəçisi qapıçının dəf etdiyi topu tamamlayaraq dublunu rəsmiləşdirib və “üç aslan”ı önə keçirib – 2:1.

Qarşılaşmanın qalan dəqiqələrində üstünlüyünü qoruyan İngiltərə milli komandası DÇ-2026-nın yarımfinalına vəsiqə qazanıb. Tuhelin komandası bu mərhələdə Argentina – İsveçrə cütlüyünün qalibi ilə qarşılaşacaq. Digər yarımfinal cütlüyündə isə Fransa və İspaniya milli komandaları üz-üzə gələcəklər.

Dünya çempionat, 1/4 final

Norveç – İngiltərə 1:2 (əlavə vaxtda)

Qollar: Şelderup, 36 (1:0). Bellingem, 45 (1:1). Bellingem, 93 (1:2).

Hakim: Kleman Türpen (Fransa)

Norveç: Nüland, Volfe (Pedersen, 90), Heggim (Estiqor, 91), Ajer, Ryerson (Eursnes, 60), Berq, Berge, Edeqor, Şelderup (Nusa, 68), Holann (Strann Larsen, 106), Serlot (Bobb, 68)

İngiltərə: Pikford, O`Rayli (Spens, 86), Qehi, Stouns, Konsa (Rodjers, 89), Andersen, Rays (Eze, 46), Qordon (Ceyms, 71), Bellingem (Börn, 111), Madueke (Saka, 46), Keyn.

Sarı vərəqə: Ajer, 117

Stadion: “Hard Rock Stadium” (Mayami, ABŞ)

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24