İsveçrə və Bosniya qələbə qazandı, Kanada qrup ikincisi oldu

24.06.26 | 23:41
Dünya futbolu

Son tur öncəsi Kanada və İsveçrə daha əlverişli vəziyyətdə idi. Bu komandalar öz aralarında heç-heçə etdiyi halda Bosniya-Qətər oyununun nəticəsindən asılı olmayaraq ilk iki yeri bölüşəcəkdilər. Lakin bu halda İsveçrə qrup ikincisi olacaqdı. Çünki, Kanadanın top fərqi daha yaxşı idi. Elə bu səbəbdən də İsveçrə nisbətən fəal və istəkli idi. İlk yarıda Kanada qarşıya qoyulan məqsədə nail oldu. Lakin ikinci hissə başlayar-başlamaz meydan sahibləri şok yaşadı. İsveçrənin sürərli hücumu qolla nəticələndi. Bosniya isə Qətərlə oyunda üstün oynayaraq 2:1 öndə idi. Bu hesabla Kanda ikinci yerdə qalırdı. Qətərin qapısına vurduğu 6 cavabsız top Kanadanın işinə yarayırdı. Kanadalılar fəallaşmaq istəsə də, cəmi 10 dəqiqə sonra Murat Hakının komandası hesabı artırdı. Embolo əlverişli mövqeyə çıxdı, amma ləngidi, əvəzində Manzambini zərbə mövqeyinə çıxardı. Sonuncunun zərbəsi zamanı qapıçı Krepo inamsız oynadı. Bu qoldan sonra edilən əvəzetmələr köməyə gəlməsə də, növbəti əvəzetmə oyuna təsir etdi. Promis Devid oyuna girər-girməz fərqi azaltdı. Bununla da oyun canlandı. Bosniya paralel oyunda 80-ci dəqiqədə 3-cü qolu vurmaqla qələbəni faktiki olaraq təmin etdi. Lakin, 2-ci sıraya çıxmaq üçün Bosniyaya 3 qol kömək etmirdi. Kanada son dəqiqələrdə çalışsa da, cavab qolunu vura bilmədi. Beləliklə, məğlubiyyətə rəğmən Kanada qrup ikincisi oldu. İsveçrə isə qrupu lider kimi tamamladı. Bosniya isə bu qələbə hesabına 3-cü yeri tutan ən yaxşı 8 komanda sırasına daxil olmaq şansını artırdı.

Dünya Kuboku, B qrupu, 3-cü tur

İsveçrə – Kanada 2:1

Vankuver. Bi Si Pleys stadionu.

Hakim: Ramon Abatti (Braziliya)

İsveçrə: Kobel, Hakes (Vidmer, 74), Elvedi, Akanji, Rodriqes, Froyler, Caka, Manzambi (Fassnaxt, 85), Sou (Abişer, 74), Varqas (Ndoye, 80), Embolo (İtten, 85).

Kanada: Krepo, Conston, De Fujrol, Kornelius, Lareya (Şaffelburq, 83), Byukenen (Promis Devid, 75), Şaunyer (Eustaqiuo, 58), Saliba, Ahmed (Millar, 58), Devid, Larin (Oluvaseyi, 58).

Qollar: Varqas, 46. Mamnambi, 56 – Promis Devid, 76.

Sarı vərəqələr: Caka, 32. Larin, 32. Millar, 87.

***

Bosniya – Qətər 3:1

Sietl. Lümen Fild stadionu.

Hakim: Xesus Valensuela (Venesuela)

Bosniya: Vasil. Radeliç, Katiç (Hajikaduniç, 63), Maliç (Memiç, 45), Kolaşinats, Bayraktareviç, Şuniç (Tahiroviç, 45), Başiç, Alaybeqoviç (Burniç, 82), Demiroviç, Ceko (Mamiç, 64).

Qətər: Abunada, Miqel, Xuxi, Lay, Əl-Brake, Qaber (Hatem, 45), Fathi (Əl-Mannai, 79), Budiaf (A. Ali, 72), Əl-Haydos, Afif, Junior (Alaeldin, 79).

Qollar: Alaybeqoviç, 29. Əl-Brake, 34-avtoqol. Mamiç, 80 – Əl-Haydos, 42.

Sarı vərəqələr: Fathi, 78. Mamiç, 82.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46