Azarkeşlərin meydan “sevdası” klubları ziyana saldı

21.04.26 | 17:53
Ölkə futbolu

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib və Premyer Liqa, eləcə də aşağı dəstələrdə baş verən qayda pozuntuları ilə bağlı sərt qərarlar qəbul edilib.

İntizam Komitəsinin diqqət mərkəzində olan əsas məqamlardan biri oyunlardan sonra kənar şəxslərin meydana daxil olması hallarıdır.

“Qarabağ”la “Sabah”ın qarşılaşmasından sonra hər iki klubun azarkeşlərin meydana daxil olması səbəbindən həm Ağdam, həm də paytaxt təmsilçisi 5000 manat məbləğində cərimələnib. Qeyd edək ki, bu, cari mövsümdə ağdamlıların eyni xətaya görə üzləşdiyi ikinci analoji cəzadır.

“Turan-Tovuz”la oyundan sonra bənzər hadisə Naxçıvan təmsilçisinin də başına gəlib. Cari mövsümdə ikinci dəfə bu halla üzləşən klub 5000 manat cərimə ödəməli olacaq.

Paytaxt təmsilçisi təkcə azarkeş davranışına görə deyil, həm də oyunçu intizamsızlığına görə maliyyə itkisi ilə üzləşib.

Yarımmüdafiəçi Abdulah Xaybulayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulduğu üçün klub 1000 manat cərimələnib. Futbolçu özü isə 2 oyunluq diskvalifikasiya edilib.

Komandanın “sarı vərəqə” limitini aşması (limiti keçən “Xəbərdarlıqlar”) kluba əlavə 700 manata başa gəlib.

“Şamaxı” ilə matçın təşkilində nöqsanlara yol verən “Karvan-Yevlax”  1000 manat məbləğində cərimələnib. Cəzaya səbəb mətbuat konfransı otağının lazımi səviyyədə təşkil edilməməsi və digər texniki öhdəliklərin pozulmasıdır.

“Turan -Tovuz” və “Kəpəz” klubları futbolçularının vərəqə limitini aşması səbəbindən hər biri 700 manat məbləğində cərimələnib.

Aşağı dəstələrdə də qaydalardan kənara çıxan klublar cəzasız qalmayıb. II Liqa klubları “Kür-Araz” və “Dinamo” 23-cü tur çərçivəsində yol verdikləri müxtəlif qayda pozuntularına görə ümumilikdə 420 manat məbləğində cərimə olunublar.

Paylaş:

Xəbər Lenti

“Zirə” “Turan”a qarşı – YENİLƏNİR

21.04.26 | 19:11

Neymar və “Santos” tərəfdarları arasında gərginlik pik həddə: “Cəhənnəm olun!”

21.04.26 | 17:57

Azarkeşlərin meydan “sevdası” klubları ziyana saldı

21.04.26 | 17:53

Paytaxt derbisinin bədəli ağır oldu

21.04.26 | 17:54

Tiranada üç güləşçimiz finalın bir addımlığında!

21.04.26 | 17:47

Sinxron üzgüçülük üzrə milliyə yeni baş məşqçi gətirildi

21.04.26 | 15:04

Holand: “Sevgilim meydandakı mübarizələri xoşlamır”

21.04.26 | 13:45

Ağır atletimiz Avropa çempionatında debüt etdi

21.04.26 | 13:01

TV proqram

21.04.26 | 12:15

İsgəndərov Dünya Kubokuna qələbə ilə başladı

21.04.26 | 11:31

Mikelsin qayıdışı sual altındadır

21.04.26 | 11:58

Bu gün 8 güləşçimiz xalça üzərinə çıxacaq

21.04.26 | 11:14

Kristian Kostin “Neftçi”dən gedir

20.04.26 | 23:31

U-17 millimiz Qazaxıstandakı turnirə hazırlaşır

20.04.26 | 23:34

“Zirə”dən Premyer Liqada 100-cü heç-heçə

20.04.26 | 23:36

Nicat Abasov: “İki şahmatçımızın fəxri kürsüdə yer alması ölkəmizin böyük uğurudur”

20.04.26 | 23:46

Tiranada start: Yunan-roma güləşçilərimizdən ikisi yarımfinala yüksəldi

20.04.26 | 23:50

Ölkə kubokunun hakimlər bəlli oldu

20.04.26 | 23:35

“Turan-Tovuz”dan yubiley qələbəsi

20.04.26 | 18:17

“Qızıl Canavar” Rotterdam rinqinə cıxacaq

20.04.26 | 17:49