Azərbaycan və Syerra-Leone baş məşqçilərinin mətbuat konfransı vaxtı açıqlandı

28.03.26 | 22:20
Ölkə futbolu

“FIFA Series” beynəlxalq turniri çərçivəsində Sumqayıtda keçiriləcək Azərbaycan – Syerra-Leone qarşılaşmasından öncə komandaların media proqramı məlum olub. AFFA-nın yaydığı məlumata görə, hər iki yığmanın baş məşqçisi sabah media nümayəndələrinin suallarını cavablandıracaq.

Qonaq komanda – Syerra-Leone millisinin baş məşqçisi 29 mart saat 18:00-da oyunun keçiriləcəyi Sumqayıt şəhər stadionunda (Mehdi Hüseynzadə adına stadion) mətbuat konfransına qatılacaq. Afrikalıların son məşqi isə eyni məkanda saat 19:00-da start götürəcək.

Millimizin baş məşqçisi Ayxan Abbasov isə jurnalistlərlə Mərdəkanda, “Dalğa Arena”da görüşəcək. Baş məşqçinin mətbuat konfransı saat 18:30-da başlayacaq. Komandamızın oyunöncəsi son hazırlıq prosesi isə konfransdan 45 dəqiqə sonra – 19:15-də eyni arenada baş tutacaq.

Hər iki komandanın məşqinin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.

Xatırladaq ki, Azərbaycan və Syerra-Leone yığmaları arasındakı qarşılaşma 30 mart saat 19:00-da Sumqayıtın “Mehdi Hüseynzadə” adına stadionunda keçiriləcək.

Paylaş:

Xəbər Lenti

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28