“Kəpəz”in baş məşqçisi Azər Məmmədov “Gəncəbasar” üzərində qazanılan 4:2 hesablı qələbə ilə başa çatan yoxlama matçından sonra fikirlərini bölüşüb.
Mütəxəssis bildirib ki, bu qarşılaşma Premyer Liqanın II turunda “Qarabağ”la təxirə salınan oyunun yerini doldurmaq məqsədi daşıyıb: “Çempionat artıq başlayıb və “Qarabağ”la matçımız təxirə salındığı üçün həmin boşluğu bu oyunla əvəz etmək istəyirdik. Yaxşı sınaq alındı. Əsas məqsədimiz komandanın oyun ritmindən düşməməsini təmin etmək və matçı zədəsiz başa vurmaq idi”.
Heyətdəki zədəlilərin durumuna da toxunan Məmmədov riskə getmədiklərini vurğulayıb: “Bir neçə futbolçumuzun kiçik zədələri var idi. Ona görə də risq etməyib onları meydana buraxmadıq. Qısa istirahətdən sonra komanda yenidən məşqlərə başlayacaq və onlar da artıq kollektivə qoşulacaqlar”.