Azərbaycan Qran-Prisi 2030-cu ilə qədər təqvimdə

14.05.26 | 16:33
Digər növlər

Rumıniyanın nüfuzlu “iAMSport” nəşri sentyabr ayında Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə geniş məqalə həsr edib. Yazıda builki yarışın Formula 1 təqvimindəki ən diqqətçəkən idman hadisələrindən biri olacağı vurğulanıb.

2026-cı il Azərbaycan Qran-Prisi Bakı şəhərinin bu mötəbər turnirə ev sahibliyi etməsinin 10 illik yubileyi ilə əlamətdardır. “iAMSport” qeyd edir ki, təşkilatçılar yubiley münasibətilə genişmiqyaslı şou-proqram və xüsusi tədbirlər planı hazırlayıblar. Bu səbəbdən yarış həftəsonunda tribunalarda rekord sayda tamaşaçı marağının olacağı gözlənilir.

Formula 1-in artıq sadəcə sürət yarışı deyil, həm də qlobal əyləncə platformasına çevrildiyini yazan nəşr, Bakıdakı musiqi proqramına xüsusi toxunub. Yarış həftəsonu çərçivəsində dünyaşöhrətli ifaçılar Kelvin Harris və Keti Perrinin möhtəşəm konsert proqramı ilə çıxış edəcəkləri bildirilib.

Məqalədə Bakı Şəhər Halqası təqvimdəki ən maraqlı və çətin şəhər traslarından biri kimi xarakterizə olunub.  Dar döngələr və yüksək sürətli düzlüklərin sintezi hər il gözlənilməz nəticələrə yol açır. Yarışın tarixi İçərişəhər fonunda keçirilməsi Bakının müasir infrastrukturu ilə qədim memarlığının unikal vəhdətini bütün dünyaya nümayiş etdirir.

Rumın analitiklərin fikrincə, Azərbaycan beynəlxalq idman tədbirləri vasitəsilə öz qlobal imicini və turizm potensialını uğurla möhkəmləndirir. Formula 1 rəhbərliyinin Azərbaycan Qran-Prisini 2030-cu ilə qədər təqvimdə saxlaması Bakının beynəlxalq idman mərkəzi kimi strateji mövqeyini daha da gücləndirəcək.

Məqalənin sonunda qeyd olunur ki, bu uzunmüddətli tərəfdaşlıq ölkəyə əlavə turist axınının təmin edilməsi və Azərbaycanın dünyada tanıdılması baxımından əvəzsiz rol oynayır.

Paylaş:

Xəbər Lenti

Zaretska zirvəyə bir addım daha yaxınlaşdı

18.05.26 | 14:33

Kiçik kəndin böyük nağılı: «Elversberq» bundesliqada!

18.05.26 | 13:35

Aleksey İsayev: 3 klub, 200 oyun!

18.05.26 | 13:45

Ramalingom yubiley qolunu vurdu  

18.05.26 | 13:18

“Mançester Siti”də Qvardiola planı: 2028-ci ilə qədər gizli razılıq!

18.05.26 | 12:23

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46