Ayxan Abbasov yenə “sıx qrafikdən” gileyləndi

08.03.26 | 18:56
Ölkə futbolu

Premyer Liqanın 23-cü turu çərçivəsində baş tutan “Şamaxı” – “İmişli” (0:0) qarşılaşmasından sonra bölgə klubunun baş məşqçisi Ayxan Abbasov oyunla bağlı fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis komandasının fiziki və psixoloji durumuna toxunmaqla yanaşı, rəqibin oyun üslubunu da kəskin tənqid edib.

Baş məşqçi son vaxtlar komandanın oyun qrafiki kifayət qədər gərgin olduğunu və bunun, futbolçuların çıxışına təsirsiz ötüşmədiyini bildirib: “Sıx qrafikdə və ağır məğlubiyyətdən sonra meydana çıxmışdıq. Futbolçular psixoloji baxımdan yorğun olsalar da, 90 dəqiqə ərzində sona qədər mübarizə apardılar”.

“İmişli”nin oyun tərzindən narazılığını gizlətməyən Abbasov, rəqibin yalnız xal qazanmağa kökləndiyini bildirib: “İmişli” hamıdan çox heç-heçəyə oynayan komandadır. Onlar nə rəqibin futbol oynamasına imkan verirlər, nə də özləri hücum futbolu nümayiş etdirirlər. Belə çətin rəqiblə görüşdə bir xal qazanmağı bacardıq. Turnir cədvəlində daha yuxarı pillələrə qalxmaq şansımız hələ də qalır”.

Klubun büdcəsi və hədəfləri barədə danışan mütəxəssis, reallığı dərk etdiklərini vurğulayıb: “Futbolçularıma da bildirmişəm ki, bizim əsas missiyamız Premyer Liqadakı yerimizi qorumaqdır. Maddi imkanlarımıza gəlincə, turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandalardan elə də fərqlənmirik. Kubokda iddiamız var idi, lakin “Qarabağ” bizdən daha güclü oldu. İndi bütün diqqətimizi çempionata yönəltmişik və hər qarşılaşmada xal üçün sona qədər vuruşacağıq”.

Sonda heyət seçimi ilə bağlı sualları cavablandıran Abbasov, bu məsələdə tək söz sahibinin özü olduğunu qətiyyətlə ifadə edib: “Heyətlə bağlı qərarı yalnız mən verəcəm”.

 

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46