Ayxan Abbasov: “Vəziyyət pisləşir, bir neçə ildən sonra oyunçu qıtlığı ilə üzləşəcəyik”

26.03.26 | 23:28
Ölkə futbolu

Milli komandamızın baş məşqçisi Ayxan Abbasov “FIFA Series” turniri çərçivəsində Sent-Lusiya ilə keçiriləcək oyunöncesi mətbuat konfransına qatılıb. Çalışdırıcı komandadakı atmosfer, heyət seçimi və ölkə futbolunun ümumi vəziyyəti barədə maraqlı açıqlamalar verib.

Bu toplanışın əhəmiyyətinə toxunan Abbasov, komandanın əsas hədəfinin qarşıdakı rəsmi turnir olduğunu bildirib: “Bu, bizim ilk toplanışımızdır. Millətlər Liqasının startına qədər iki belə hazırlıq mərhələsi planlaşdırırıq. Vaxtımız az olsa da, futbolçuların əhval-ruhiyyəsi və forması sevindiricidir. Rəqiblər haqqında məlumat toplamağa çalışırıq. İnanıram ki, maksimum nəticə əldə edəcəyik”.

Qapıçı seçimi barədə danışan baş məşqçi rəqabətin yüksək olduğunu vurğulayıb: Yusifin legioner karyerası uğurlu olmadı və o, yenidən «Kəpəz»ə döndü. Əsas heyətdəki yerini itirsə də, son vaxtlar öz oyununu bərpa etməkdədir. Biz hazırda üç qapıçı ilə yanaşı, kapitanımız Şahruddin Məhəmmədəliyevi də düşərgəyə dəvət etmişik. Şahruddin zədəli olsa belə, liderlik keyfiyyətlərinə görə bizimlədir. Bu, dünya praktikasında qəbul olunmuş bir haldır. Yusifə gəlincə, yığmanın qapıları onun üzünə bağlanmayıb, hər an dəvət ala bilər'”.

Ayxan Abbasov sabahkı matçda əsas diqqətin nəticəyə deyil, kollektiv oyuna yönələcəyini vurğulayıb. O, ötən mövsüm futbolçuların böyük psixoloji təzyiq altında olduğunu, bu səbəbdən bəzi sınaqların təxirə salındığını qeyd edib. Heyətdəki dəyişikliklərə toxunan baş məşqçi, hər iki rəqibə (Sent-Lusiya və Syerra-Leone) qarşı fərqli planlarının olduğunu bildirib.

Eyni zamanda həm klub (“Şamaxı”), həm də milli səviyyəsində işləməyin çətinliklərindən danışan mütəxəssis, Millətlər Liqasındakı rəqibləri küçümsəməməyə çağırıb: “Litva və Lixtenşteynlə aramızda böyük fərq yoxdur, hər oyuna ciddi yanaşmalıyıq”.

U-19 millimizin Litvaya 0:4 hesablı məğlubiyyətini şərh edən mütəxəssis, gələcəklə bağlı həyəcan təbili çalıb: “Problemlər haqqında səhərə qədər danışa bilərik, amma reallıq budur ki, vəziyyət pisləşir. Mərkəzi müdafiəçilərimizin yaş ortalaması yüksəkdir. Gənclər yığmasının məşqçisi də eyni sıxıntıdan şikayət edir. Bir neçə ildən sonra bəzi mövqelərdə ciddi oyunçu qıtlığı ilə üzləşəcəyik”.

Abbasov millinin uzun müddətdir qalib gələ bilməməsinə də toxunub:“Artıq bir ildən çoxdur ki, qələbə qazana bilmirik. Bu seriyanı qırıb azarkeşləri sevindirməliyik. Statistikaya gəlincə, biz konkret nəticədən çox, sistem qurmağa fokuslanmışıq. Ötən il təzyiq çox idi, amma indi futbolçularda böyük istək var. Sabah kollektiv oyun nümayiş etdirmək bizim üçün hər şeydən vacibdir”.

Paylaş:

Xəbər Lenti

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13