Ayxan Abbasov: “Əsas dərdimiz 11 futbolçu tapmaqdır”

07.04.26 | 22:46
Ölkə futbolu

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 26-cı turu çərçivəsində “Zirə” ilə baş tutan gərgin qarşılaşmadan (1:1) sonra fikirlərini bölüşüb. Mütəxəssis azlıqda qalmalarına baxmayaraq xal qazanmağı uğurlu nəticə kimi qiymətləndirib.

Oyunun həm taktiki, həm də psixoloji baxımdan ağır keçdiyini qeyd edən Abbasov, matçın gedişatını belə şərh edib: “Olduqca maraqlı və gərgin bir mübarizə izlədik. İlk hissəni daha çox ‘taktiki döyüş’ adlandırmaq olar. Təəssüf ki, Balau əlinə düşən fürsəti dəyərləndirə bilmədi. Rəqibin fasilədən sonra dəyişikliklər edəcəyini bilirdik, lakin ikinci hissənin elə ilk dəqiqələrində aldığımız qırmızı vərəqə planlarımızı alt-üst etdi, bizi hazırlıqsız yaxaladı”.

Baş məşqçi komandasının xarakter nümayiş etdirdiyini xüsusi vurğulayıb: “Qol buraxdıqdan sonra komanda dağılmadı, əksinə, sona qədər mübarizə apararaq şansını qorudu. Bir çox matçlarda məhz bu iradə çatışmırdı və nəticədə ikinci qolu buraxırdıq. “Zirə” kimi intizamlı bir rəqibə qarşı azlıqda mübarizə aparıb xal qazanmaq böyük uğurdur. Hesab edirəm ki, “Şamaxı” bu mövsüm öz imkanlarından daha yüksək performans sərgiləyərək ‘boyundan yuxarı tullanmağı’ bacarıb”.

Yaranmış kadr böhranı “Qarabağ”la çətin sınaq öncəsi Ayxan Abbasovu ciddi seçim qarşısında qoyub. Həm özünün, həm də aparıcı futbolçuların diskvalifikasiyasına toxunan mütəxəssis, komandadakı kadr qıtlığını bir qədər də ironik şəkildə ifadə edib: “Rossi və Balau ilə yanaşı, mən də cəzalıyam. Hazırda heyətlə bağlı elə bir durumdayıq ki, əsas dərdimiz növbəti matç üçün meydana çıxarmağa 11 futbolçu komplektləşdirməkdir”.

Paylaş:

Xəbər Lenti

ÇL: Birinci raundun nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41