Avropa Liqasında püşk həyəcanı: “Qarabağ” və “Sabah”ın rəqibləri bəlli olur

20.07.26 | 12:37
Ölkə futbolu

Bu gün öllkəmizin avrokuboklardakı təmsilçiləri “Qarabağ” və “Sabah” üçün olduqca əhəmiyyətli bir gündür. İsveçrənin Nyon şəhərində futbol üzrə Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə komandalarımızın turnirdəki potensial rəqibləri müəyyənləşəcək. Qeyd edək ki, bu mərhələnin ilk oyunları avqustun 6-da, cavab qarşılaşmaları isə avqustun 13-də baş tutacaq.

“Qarabağ”ın rəqib siyahısı yarıbayarı azaldı

Avropa Liqasının əsas yolunda mübarizə aparan və 2-ci mərhələdə Bolqarıstan ÇSKA-sı ilə qarşılaşacaq “Qarabağ” püşkatma öncəsi səpələnmişlər səbətində yer alıb. UEFA-nın coğrafi prinsiplərə və reytinqə əsasən komandaları altqruplara bölməsi nəticəsində “köhlən atlar”ın potensial rəqiblərinin sayı demək olar ki, iki dəfə azalıb.

Hazırkı mənzərəyə əsasən, Ağdam təmsilçisinin 3-cü mərhələdəki mümkün rəqibi bu üç variantdan biri olacaq:

“Şerif” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi;

Çempionlar Liqasının 2-ci mərhələsində uduzan “Fənərbaxça” (Türkiyə) – “Qurnik” (Polşa) cütünün məğlubu;

Çempionlar Liqasının 2-ci mərhələsində uduzan “Şturm” (Avstriya) – “Harts” (Şotlandiya) cütünün məğlubu.

“Sabah” üçün Çempionlar yolu ssenarisi

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Finlandiyanın KuPS klubu ilə üz-üzə gələcək “Sabah” isə bu raundda uğursuzluqla üzləşəcəyi təqdirdə yoluna Avropa Liqasında davam edəcək. Turnirin Çempionlar yolunda mübarizə aparacaq paytaxt klubunun potensial rəqibləri də artıq bəllidir.

“Sabah” turnir dəyişəcəyi təqdirdə, Çempionlar Liqasının 2-ci mərhələsində məğlub olan bu cütlüklərdən biri ilə qarşılaşacaq:

“Omoniya” (Kipr) – “Kayrat” (Qazaxıstan)

“Larn” (Şimali İrlandiya) – “Tsrvena Zvezda” (Serbiya)

“Levski” (Bolqarıstan) – “Universitatya” (Krayova, Rumıniya)

İndi bütün diqqətlər saat 15:00-da Nyonda keçiriləcək püşkata yönəlib. Təmsilçilərimizə bu çətin yolda uğurlar arzulayırıq!

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46