Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Azərbaycan çempionu “Qarabağ”ın da bu raunddakı mümkün rəqiblərinə aydınlıq gəlib.
Püşkün nəticəsinə əsasən, Ağdam təmsilçisi I təsnifat mərhələsində İrlandiya turnirinin iştirakçısı olan İslandiya təmsilçisi “Vestri” səddini adlayacağı təqdirdə, növbəti raundda ÇSKA (Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Bu mərhələnin ilk oyunları iyulun 23-də, cavab qarşılaşmaları isə iyulun 30-da baş tutacaq. Təmsilçimiz ilk matçını doğma meydanda, cavab görüşünü isə səfərdə keçirəcək.