Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticəsinə əsasən, klublarmızın potensial rəqiblərinə aydınlıq gəlib.
Avropa Liqasının əsas yolunda mübarizə aparan “Qarabağ” 2-ci raundda Bolqarıstanın ÇSKA klubunu sıradan çıxaracağı təqdirdə, 3-cü təsnifat mərhələsində “Şerif” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Finlandiyanın KuPS klubuna məğlub olacağı təqdirdə mübarizəni Avropa Liqasının Çempionlar yolunda davam etdirəcək “Sabah”ın da rəqibi müəyyənləşib. Bakı təmsilçisi bu ssenaridə ÇL-in 2-ci təsnifat mərhələsinin “Levski” (Bolqarıstan) – “Universitatya” (Krayova, Rumıniya) cütünün məğlubu ilə qarşılaşacaq.
3-cü təsnifat mərhələsinin matçları avqustun 6-sı və 13-də keçiriləcək.