Avropa çempionatı: Ağayev yarımfinalda, Həmidovadan böyük sensasiya

16.04.26 | 13:46
Digər növlər

Gürcüstanın paytaxtı Tbilisidə start götürən cüdo üzrə Avropa çempionatının ilk günündə Azərbaycan milli komandasının 7 üzvü tatami üzərinə çıxıb.

Günün ən yaxşı nəticəsinə Balabəy Ağayev (60 kq) imza atıb. Turnirə birbaşa ikinci mərhələdən başlayan cüdoçumuz, ardıcıl olaraq italyan Andre Karlinonu və 1/4 finalda Ukrayna təmsilçisi Dilşot Xalmatovu məğlub edərək yarımfinala yüksəlib. Finalın bir addımlığında o, meydan sahibi Giorgi Sardalaşvili ilə qarşılaşacaq.

Eyni çəki dərəcəsində yarışan Əhməd Yusifov da startı uğurlu gerçəkləşdirib. İlk mərhələdən azad olan Yusifov, britaniyalı Çarli Ayr üzərində qələbə qazanaraq adını dörddəbir finala yazdırıb.

66 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov Nikolas Kunse (Almaniya) və Elios Manziniyə (İtaliya) qalib gəlsə də, 1/4 finalda rusiyalı Murad Çopanova məğlub olub. Təmsilçimiz bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq; onun ilk rəqibi Moldova idmançısı Radu İzvoyranu olacaq.

Günün sensasiyasına Şəfəq Həmidova (48 kq) imza atıb. İlk görüşündə Erza Muminoviçi (Kosovo) sıradan çıxaran idmançımız, 1/8 finalda hazırkı dünya çempionu, italyan Assunta Skuttonu vaxtından əvvəl məğlub edərək böyük sürprizə imza atıb. Bu qələbə Şəfəqə 1/4 final vəsiqəsini qazandırıb.

Təəssüf ki, digər xanım cüdoçularımız üçün yarış erkən başa vurublar. Könül Əliyeva (48 kq) niderlandlı rəqibinə qalib gəlsə də, 1/8 finalda Laura Martinezə (İspaniya) uduzub. Gültac Məmmədəliyeva (52 kq) lüksemburqlu rəqibini keçsə də, Reka Puppa (Macarıstan) müqavimət göstərə bilməyib. Leyla Əliyeva (52 kq) isə ilk görüşündə Çiaffrida Odetteyə (İtaliya) məğlub olaraq turnirlə vidalaşıb.

Cüdoçularımız günün ikinci yarısında yarımfinal və təsəlliverici görüşlərdə mübarizəni davam etdirəcəklər. Əsas hədəf turnirin ilk gününü medallarla başa vurmaqdır.

Paylaş:

Xəbər Lenti

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55