UEFA Avropa Liqasında III təsnifat mərhələsinin ilk qarşılaşmaları baş tutub.
Günün diqqət çəkən matçında Türkiyənin «Beşiktaş» klubu Çexiyada «Hradets-Kralove»nin qonağı olub. Qarşılaşmanın 71-ci dəqiqəsində Uattaranın qırmızı vərəqə alması ilə 10 nəfərlə qalan «qara-ağlar» buna baxmayaraq, 80-ci dəqiqədə Semih Kılıçsoyun vurduğu yeganə qolla səfərdə vacib qələbə qazanıb. Bu, İstanbul təmsilçisinin yeni mövsümdə keçirdiyi 3-cü rəsmi matçda 3-cü qələbəsi olub və komanda hələ ki qapısında qol görməyib.
Günün ən məhsuldar oyununda isə «Sabah»ın potensial rəqiblərindən sayılan Portuqaliyanın «Benfika» klubu öz meydanında Şotlandiyanın «Harts» komandasını darmadağın edib – 6:1.
UEFA Avropa Liqasında III təsnifat mərhələsi, ilk oyunlar
Larn (Şimali İrlandiya) – İberiya 1999 (Gürcüstan) 0:0
Şemrok Rovers (İrlandiya) – Eqnatiya (Albaniya) 3:1
Berk, 29-pen., Lopes, 55, Bırn, 57 – Qrin, 41-öz qapısına
Hradets-Kralove (Çexiya) – Beşiktaş (Türkiyə) 0:1
Kılıçsoy, 80
Benfika (Portuqaliya) – Harts (Şotlandiya) 6:1
Silva, 3, Araujo, 23, Pavlidis, 42-pen., Prestianni, 59, Con Duran, 87, Şelderup, 90+3-pen. – Reno, 72
KuPS (Finlandiya) – Universitatya (Krayova, Rumıniya) 1:1
Moreno, 73 – Bayaram, 38
Linkoln Red İmps (Cəbəllütariq) – Omoniya (Kipr) 1:1
Ruthens, 71 – Andreu, 90+3
Yagelloniya (Polşa) – Reyncers (Şotlandiya) 2:1
Fernandes, 13-öz qapısına, Şmit, 21 – Montoyya, 4-öz qapısına
Makkabi (Tel-Əviv, İsrail) – ÇSKA (Sofiya, Bolqarıstan) 0:3
Ebong, 9, Qodoy, 29, Zvarts, 90
Lex (Polşa) – Klaksvik (Farer adaları) 1:0
Aqnero, 81
PAOK (Yunanıstan) – Anderlext (Belçika) 0:1
Tsvetkoviç, 1
Tyun (İsveçrə) – Vikinqur (İslandiya) 3:0
Bamert, 19, Labo, 25, Zayts, 90+4
Zaltsburq (Avstriya) – Pafos (Kipr) 1:0
Tabakoviç, 88
Cavab oyunları avqustun 13-də keçiriləcək. Qarşıdurmaların qalibləri Avropa Liqasının pley-off mərhələsinə yüksələcək, məğlub olan komandalar isə mübarizəni Konfrans Liqasında davam etdirəcəklər.