Nəticə önəmsiz, mübarizə amansız: “Qəbələ” Yevlaxda xarakter nümayiş etdirdi

15.05.26 | 17:56

Premyer Liqada turnir baxımından heç bir əhəmiyyət kəsb etməyən turun açılış oyununda “Karvan-Yevlax” doğma meydanda “Qəbələ”ni qəbul edib. Hər iki komandanın turnir cədvəlindəki taleyi rəsmiləşdiyindən, Yevlax Şəhər Stadionundakı qarşılaşma daha çox prestij xarakteri daşıyırdı. Komandaların üzərində xal təzyiqinin olmaması meydanda açıq və hücumameylli futbol vəd etsə də, ilk hissədə qapılar toxunulmaz qaldı – 0:0.

İkinci yarı isə əsl qol şousu və gərginliklə yadda qaldı. Matçın 54-cü dəqiqəsində meydan sahiblərinin legioneri Olavale Doeni səhnəyə çıxdı. O, cərimə zərbəsindən ötürülən topu mükəmməl toxunuşla rəqib tora qovuşduraraq yevlaxlıları önə keçirdi. Lakin Füzuli Məmmədovun yetirmələrinin qol sevinci cəmi iki dəqiqə çəkdi. Buraxılan qola dərhal reaksiya verən qonaqlar 56-cı dəqiqədə tarazlığı bərpa etdilər. “Qəbələ”nin fransalı hücumçusu İbrahim Sanqare “Karvan-Yevlax” müdafiəsinin bağışlanılmaz səhvindən maksimum yararlanaraq bərabərlik qolunu vurdu.

Bu qoldan sonra hər iki baş məşqçi ardıcıl əvəzləmələrlə oyuna müdaxilə etdi və temp daha da artdı. Kaxaber Sxadadzenin komandası təzyiqi bir qədər də artıraraq 67-ci dəqiqədə istəyinə nail oldu. Domi Massumo baxımlı qolla qonaqları hesabda önə çıxardı.

Qalan dəqiqələrdə “Karvan-Yevlax”ın hesabı bərabərləşdirmək üçün etdiyi bütün cəhdlər nəticəsiz qaldı. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatdı. Bu üç xal turnir cədvəlindəki mövqeyi dəyişməsə də, önəmli pley-off oyunlarına hazırlaşan “Qəbələ” üçün böyük psixoloji təsəlli və motivasiya oldu.

KARVAN-YEVLAX (YEVLAX) – QƏBƏLƏ 1:2 (0:0)

Qollar: Doeni, 54 (1:0), Sanqare, 56 (1:1), Massumo, 67 (1:2)

Baş hakim – Əli Əliyev.

 Karvan-Yevlax: Pedru Mateuş, Vadim Abdullayev (k) (Peter Kinqs, 62), Eltun Turabov (Araz Abdullayev, 83), Vüsal Məsimov, Samir Abdullayev (Uğur Cahangirov, 46), Rauf Rüstəmli, Şakil Sno, Kayl Spens (Samuel Dürrant, 83), Moyze Nqvisani, Qavi Tompson (İbrahim Qədirzadə, 73), Olavale Doeni.

Qəbələ: Rza Cəfərov, Murad Musayev (k), Nicat Əliyev, Süleyman Damadayev, Şahin Şahniyarov, Eşqin Əhmədov, Seydina Keyta, İbrahim Sanqare, Adriel Ba Lua, Xayme Syerra (Fərid İskəndərov, 76), Domi Massumo.

Sarı vərəqələr: V. Abdullayev,45.  Doeni, 47. F.İskəndərov, 90+4.

Paylaş:

Xəbər Lenti

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28