Madrid “Atletiko”su şəhər derbisində zədələnən Fede Valverdenin gözləniləndən daha tez sıraya qayıtmasına ironik münasibət bildirib.
Klub sosial şəbəkə hesabında paylaşım edərək əzəli rəqibini istehza ilə təbrik edib: “Madrid ‘Real’ını tarix yazmağa davam etdiyi üçün təbrik etmək istəyirik. Onlar bütün dünya tibb ictimaiyyətinin yanıldığını sübut etdilər”.
Valverde sentyabrın 20-də “Atletiko” ilə derbidə (1:2) zədələnmişdi. “Real” əvvəlcə uruqvaylı yarımmüdafiəçinin sol topuğunda ciddi zədə olduğunu açıqlamış, sentyabrın 22-də isə onda üçüncü dərəcəli bağ zədəsi aşkarlanmışdı. Klub futbolçunun bərpa müddətinin vəziyyətin gedişatından asılı olacağını bildirmişdi.
Lakin cəmi 17 gün sonra Valverdenin “Vilyarreal”la oyunun iştirak ərizəsinə daxil edilməsi “Atletiko”nun istehzalı reaksiyasına səbəb olub. Beləliklə, derbidəki mübahisəli epizodlarla bağlı tərəflər arasındakı gərginlik yenidən gündəmə gəlib.
Xatırladaq ki, həmin qarşılaşmada “Real” Valverdenin zədələnməsinə səbəb olan epizoda görə rəqib futbolçuya birbaşa qırmızı vərəqə göstərilməsini tələb etmişdi.