“Araz-Naxçıvan” heyətini yeni futbolçu ilə gücləndirib. Naxçıvan təmsilçisi “Neftçi”nin hücumçusu Ağadadaş Salyanskini rənglərinə bağlayıb.
Klublar arasında əldə olunan razılığa əsasən, 22 yaşlı forvard yeni mövsümü icarə əsasında “Araz-Naxçıvan”da keçirəcək. Salyanski ilə imzalanan icarə müqaviləsinin müddəti 1 ildir.