“Araz-Naxçıvan” yay transfer dövründə heyətində ciddi dəyişikliklərə gedib. Naxçıvan təmsilçisi yeni mövsümə hazırlıq çərçivəsində bir sıra oyunçularla yollarını ayırmaq qərarına gəlib.
Klubun rəsmi saytının yaydığı məlumata görə, müqavilə müddəti başa çatan 10 futbolçu ilə yeni əməkdaşlıq nəzərdə tutulmur. Beləliklə, Ramon, Hamidu Keyta, Bar Koen, Nunu Rodriqeş, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala komandadan ayrılıblar.
“Araz-Naxçıvan” rəhbərliyi, eyni zamanda, heyətin özəyini qorumaq istiqamətində də addımlar atıb. Klub artıq Slavik Alxasov, Ömər Buludov və Tərlan Əhmədli ilə müqaviləni yeniləyərək onları heyətdə saxlayıb.