Günün ikinci qarşılaşmasında “Araz-Naxçıvan” öz meydanında Gəncənin “Kəpəz” komandasını qəbul edib. Sumqayıtdakı “SOCAR Polimer Arena”da baş tutan matç nominal meydan sahiblərinin tam üstünlüyü ilə keçib. Andrey Demçenkonun yetirmələri rəqibi üzərində asan və inamlı qələbə qazanıb.
ARAZ-NAXÇIVAN – KƏPƏZ 2:0 (1:0)
Qollar: Andrade, 36 (1:0), Ramon, 76 (2:0)
Baş hakim: Rəşad Əhmədov.
Araz-Naxçıvan: Tərlan Əhmədli, Urfan Abbasov (k), Rahil Məmmədov, Ülvi İsgəndərov (Şarl Boli, 86), Ömər Buludov, Mustafa Əhmədzadə, Patrik Andrade, Nunu Rodriqeş (Bar Koen, 86), Felipe Santos, Ba-Muaka Simakala (Ramon, 72), Bruno Franko.
Kəpəz: Məmməd Hüseynov, Ehtiram Şahverdiyev, Fərid Nəbiyev (Camal Cəfərov, 46), Rauf Hüseynli, Şakir Seyidov, Ümid Səmədov, Rəhman Hacıyev (Adama Fofana, 46), Dioqo Verdaşka (k), Mahamadu Ba (Əli Səmədov, 77), Mate Abuladze, Renosuke Ohori (Raul İsaqov, 81).
Sarı vərəqələr: Franko, 23. Rodriqeş, 43. Seyidov, 34. Məmmədov, 55. İsaqov, 88.