Alyans Arenada şok: “Bavariya” “Auqsburq”a uduzdu

25.01.26 | 01:57
Dünya futbolu

Bundesliqanın 19-cu turunda “Bavariya” azarkeşləri önündə “Auqsburq”a gözlənilmədən məğlub olaraq sensasiyaya imza atıb. Oyunun startı mütəxəssislərin gözlədiyi kimi olub. 23-cü dəqiqədə İto Olisenin cərimə zərbəsindən ötürməsini başla tamamlayaraq “Bavariya”nı önə keçirib. Münhenlilər fasiləyə minimal hesablı üstünlüklə yollanıblar.

İkinci hissədə “Auqsburq” hücumlarını kəskinləşdirib. Meydan sahiblərinin gənc qapıçısı Urbiq Klod-Morisin cərimə zərbəsindən vurduğu təhlükəli topu çətinliklə dəf etsə də, qonaqlar ardınca gələn künc zərbəsindən hesabı bərabərləşdirə biliblər: Artur Çaves Kemyurun asmasını qola çevirib. Cəmi 6 dəqiqə sonra isə Yannulisin cinah ötürməsinə bir toxunuşla zərbə endirən Massengo “Auqsburq”u önə çıxarıb.

Matçın son anlarında Olise “Bavariya”nı məğlubiyyətdən xilas etməyə çox yaxın olsa da, onun texnikalı zərbəsi qapı dirəklərinin kəsişdiyi nöqtəyə dəyib. Beləliklə, “Bavariya” doğma meydanda xal itirməklə kifayətlənmədi, həm də cari mövsüm Bundesliqada ilk məğlubiyyəti ilə üzləşdi.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46