Almaniya futbolunda şok: DFB qərargahında axtarış və korrupsiya şübhəsi

02.07.26 | 08:35
Dünya futbolu

Almaniya Futbol İttifaqı (DFB) ard-arda ağır zərbələr almaqdadır. İyulun 1-i, çərşənbə günü milli komandanın dünya çempionatından gözlənilməz rüsvayçı gedişindən dərhal sonra, qurum daha bir ciddi böhranla üzləşib. Frankfurt polisi, “Avro-2024” zamanı VIP biletlərin qanunsuz paylanması şübhəsi ilə DFB-nin baş qərargahında axtarış aparıb.

DFB-nin rəsmi bəyanatında bu məsələdə qurumun hədəf olmadığı vurğulanır: “Bu təhqiqat DFB-yə bir təşkilat olaraq, yaxud onun hər hansı bir əməkdaşına qarşı yönəlməyib. DFB bu işdə sırf şahid qismində iştirak edir və hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq edir”.

İstintaq materiallarına görə, əsas şübhəlilər 66 yaşlı bir alman və 46 yaşlı bir fransa vətəndaşıdır. Söhbət turnir ərəfəsində xüsusi qonaqlara otel yerlərinin və minlərlə qanunsuz biletin paylanmasından – yəni mütəşəkkil korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədən gedir. Skandalın miqyasının ölkə daxilindəki bir çox yerli məmurlara qədər uzandığı ehtimal olunur.

46 yaşlı fransız koordinatorun “Euro 2024 GmbH” birgə müəssisəsində ev sahibi şəhərlərlə əlaqələrə cavabdeh olub. Onun turnirin təşkilatçı şəhərlərindəki rəhbər şəxsləri top-oyunlara qanunsuz dəvət etdiyi bildirilir.

66 yaşlı alman məmuru isə Münhendə keçirilən İspaniya — Fransa yarımfinal matçına qanunsuz bilet, yol və otel xərcləri daxil olmaqla, ümumilikdə 2400 avro dəyərində “hədiyyə” almaqda ittiham olunur. Gelzenkirxen şəhərinin keçmiş idarəçi əməkdaşı olan bu şəxsin evi artıq axtarılıb. Qeyd edək ki, o, daha əvvəl də dələduzluq və mənimsəmə hallarına görə saxlanılıb və hazırda dövlət qulluqçusu deyil.

Müstəntiqlər hesab edirlər ki, Gelzenkirxendəki bu fakt aysberqin yalnız görünən tərəfidir və bənzər rüşvət halları kütləvi xarakter daşıyıb. Hazırda cinayət işi üzrə araşdırmalar davam edir.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46