Minsk “Dinamo”sunun baş məşqçisi Aleksandr Şaqoyko UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları cavab oyununu şərh edib. İki matçın nəticəsinə əsasən (4:3) mərhələ adlayan Belarus təmsilçisinin çalışdırıcısı qarşılaşmanın yekunları ilə bağlı fikirlərini bölüşüb.
Şaqoyko qarşılaşmanın ağır keçəcəyini əvvəlcədən təxmin etdiklərini bildirib: “Növbəti mərhələyə adladığımız üçün şadıq. Bu, komandanın inkişafı və özünəinamı baxımından böyük bir addımdır. Gözlədiyimiz kimi ağır oyun oldu. İlk hissədə tapşırıqları tam tətbiq edə bilmədik. Fasilədə müəyyən düzəlişlər etdik – ikinci yarıda həm müdafiədə daha etibarlı təsir bağışladıq, həm də təhlükəli vəziyyətlər yaratdıq. “Neftçi”nin hesabı bərabərləşdirmək üçün böyük qüvvə ilə hücuma atılacağını bildiyimizdən ikinci nömrə ilə oynamağı planlaşdırmışdıq. Təəssüf ki, yarandığımız imkanlardan tam faydalana bilmədik”.
Mütəxəssis bu cür vacib matçların komandanın gələcək inkişafındakı rolunu xüsusi vurğulayıb: “’Neftçi’ kimi təcrübəli rəqiblərlə matçlarda psixologiya və özünəinam ön plana çıxır. Bu oyun xüsusilə gənc futbolçularımızın formalaşması üçün çox vacib təcrübə oldu. Matç iki hissəyə bölündü -necə oynamaq lazımdır və necə oynamaq olmaz. İlk hissədəki zəif müdafiəyə baxmayaraq, ikincidə vəziyyəti nisbətən düzəltdik. Bu görüş müdafiə xəttimizin təhlili üçün bizə kifayət qədər zəngin material verdi”.