AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Peşəkar Futbol Liqasının (PFL) məlumatına görə, Premyer Liqanın I turunda qeydə alınan qayda pozuntuları ilə bağlı cəzalar bəlli olub.
“Neftçi” – “Sumqayıt” matçında qonaqların kapitanı Səbuhi Abdullazadənin rəqibə qarşı aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulması klubuna baha başa gəlib. İntizam Komitəsinin qərarı ilə futbolçu 5 oyunluq diskvalifikasiya olunub. Eyni zamanda, “Sumqayıt” klubu 3000 manat məbləğində cərimələnib.
Bundan başqa, oyunçuları sarı vərəqə limitini aşan “Neftçi” 700 manat ziyana düşüb. “Qarabağ”la matçda bənzər halla üzləşən “Şamaxı” da eyni məbləğdə cərimələnib.