ABŞ Avstraliyanı məğlub edərək pley-offa yüksəldi

19.06.26 | 23:55
Dünya futbolu

DÇ-2026-nın qrup mərhələsinin II turu çərçivəsində Sietldakı “Lumen Field” stadionunda keçirilən ABŞ – Avstraliya matçı hər iki komanda üçün böyük əhəmiyyət kəsb edirdi. İlk turda qələbə qazanan tərəflər üçün bu qarşılaşmadakı 3 xal vaxtından əvvəl pley-off mərhələsinə vəsiqə demək idi.

Mavrisio Poçettinonun yetirmələri ilk oyunda Paraqvaya qarşı parlaq kombinasiyalı hücumlar və aqressiv pressinqlə yadda qalmışdısa, Avstraliya Türkiyə ilə matçda mükəmməl “avtobus” taktikası və öldürücü əks-hücumlar nümayiş etdirmişdi. Sietldakı oyun həm də bu fərqli üslubların sabitliyini yoxlamaq üçün bir sınaq idi.

Matçın ilk hissəsində “Sokkeruz” (Avstraliya millisi) top rəqibdə olarkən yüksək pressinqlə meydan sahiblərini təəccübləndirməyə çalışsa da, ABŞ millisi buna hazır idi. Paraqvayın da analoji taktikasını asanlıqla iflasa uğradan “ulduzlu-zolaqlılar”, Avstraliyanın müdafiə xəttini kombinasiyalı ötürmələrlə yararaq təhlükəli hücumları məntiqli sonluqla bitirməyi bacardılar.

Nəticədə ABŞ millisi Avstraliyanı 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqəni təmin etdi. Qarşılaşmada qolları 11-ci dəqiqədə Kemeron Bercess (öz qapısına) və 43-cü dəqiqədə VAR baxışından sonra baş hakim tərəfindən qeydə alınan Aleks Frimen vurdu. İkinci hissədəki cəsarətli oyununa baxmayaraq, Avstraliya təsəlli qolunu belə vura bilmədi.

İndi amerikalılara qrup liderliyini rəsmiləşdirmək üçün Türkiyə ilə son matçda cəmi 1 xal (heç-heçə) bəs edir.

Yeri gəlmişkən, bu qələbə ilə ABŞ millisi futbol tarixinə yeni bir səhifə yazıb. Belə ki, “ulduzlu-zolaqlılar” dünya çempionatlarında bundan əvvəlki ardıcıl iki qələbəsini düz 96 il öncə — 1930-cu ildə baş tutan ilk mundialda qazanıblar. Tarixdəki həmin ilk dünya birinciliyində amerikalılar Belçika və Paraqvay yığmalarını eyni hesabla (3:0) məğlub etmişdilər.

Dünya Kuboku. D qrupu, 2-ci tur

ABŞ – Avstraliya 2:0

Qollar: Bercess, 11 (avtoqol), Frimen, 43

ABŞ: Fris, Frimen, Riçards, Rim, Robinson (Trasti, 81), Tilman, Adams, Dest (Skalli, 81), Makkenni (Reyna, 96), Pepi (Berhalter, 74), Balogun (Rayt, 96).

Avstraliya: Biç, İtalyano, Çirkati, Suttar, Bercess (Ceriya, 46), Bos, Leki (Volpato, 61), O’Nill, Okon-Engstler (İrvin, 78), Velupillay (Metkaf, 46), Ture (İrakunda, 46).

Xəbərdarlıqlar: Robinson (56), Balogun (89), Riçards (93) – Bos (16), Çirkati (32), Suttar (89), İtalyano (89).

Baş hakim: Feliks Svayer (Almaniya).

Stadion: “Lumen Field” (Sietl, ABŞ).

Paylaş:

Xəbər Lenti

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28

Erlinq Holand DÇ-2026-dan evə unikal kolleksiya ilə dönüb

08.09.26 | 21:23

“Qarabağ”ın ÇL-də qəhrəman olan qapıçısı Polşaya qayıtdı: “Uşaqlıq arzumu Ağdamda reallaşdırdım!”

08.09.26 | 20:39

TV PROQRAM

08.09.26 | 19:16