Jorje Kaşkilya: “Qələbə istəyirdik, amma nəticədən razıyıq”

01.03.26 | 19:16
Ölkə futbolu

Premyer Liqanın 22-ci turu çərçivəsində keçirilən “İmişli” – “Turan-Tovuz” matçından (0:0) sonra ev sahiblərinin baş məşqçisi Jorje Kaşkilya oyunla bağlı fikirlərini bölüşüb. Portuqaliyalı mütəxəssis rəqibin gücünü qeyd etməklə yanaşı, komandasının çıxışından razı qaldığını deyib.

Baş məşqçi “Turan Tovuz”un son vaxtlar göstərdiyi performansa diqqət çəkərək, oyunun çətin keçdiyini vurğulayıb: “Taktiki planda yüksək səviyyədə çıxış etdik. Belə çətin rəqibə qarşı mübarizə aparmaq asan deyil. “Turan-Tovuz” son matçlarda ardıcıl qələbələr qazanmışdı və psixoloji cəhətdən çox yaxşı vəziyyətdə idi. Onların heyətində fiziki cəhətdən çox güclü futbolçular var və bu mənada bizdən üstün idilər”.

Kaşkilya hər iki hissədəki fərqli mənzərəyə də toxunub. O, rəqibin təcrübəli müdafiə xəttinin işlərini çətinləşdirdiyini qeyd edib: “Oyunun ilk yarısında bir neçə real qol epizodu yaratmağı bacardıq. Fasilədən sonra müəyyən çətinliklərlə üzləşdik. Rəqibin mərkəz müdafiəçiləri həm çox güclü, həm də təcrübəlidirlər”.

Qələbə qazanmaq istədiklərini deyən məşqçi, yekun nəticəni qənaətbəxş hesab edib: “Biz meydana üç xal üçün çıxmışdıq, lakin qarşılaşmanın gedişatından və göstərdiyimiz oyundan razıyam. Rəqibin avrokuboklar uğrunda mübarizə apardığını və heyət keyfiyyətini nəzərə alsaq, bu heç-heçə bizim üçün müsbət nəticədir”.

Paylaş:

Xəbər Lenti

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55