İliçdən sərt etiraf: “Belə asan qollar buraxmağımıza inana bilmirəm!”

27.02.26 | 19:48
Ölkə futbolu

«Sumqayıt»ın baş məşqçisi Saşa İliç Premyer Liqanın 22-ci turunda «Kəpəz»ə qarşı keçirilən uğursuz oyundan (0:3) sonra mətbuat konfransında sərt açıqlamalarla çıxış edib. Mütəxəssis komandasının ilk hissədəki performansından şoka düşdüyünü gizlətməyib.

Məşqçi rəqibi qələbə münasibətilə təbrik edərək, oyunun analizini belə bölüşüb: «Bu, mənim «Sumqayıt»da olduğum müddətdə keçirdiyimiz ən pis birinci hissə idi. Qolları bu qədər asanlıqla buraxmağımıza inana bilmirəm. İkinci hissəyə pis başlamamışdıq, lakin Ninkoviçin qırmızı vərəqə alması oyunumuza ciddi təsir etdi».

Jurnalistlərin «getmək vaxtıdır, yoxsa vəziyyəti düzəldə bilərsiniz?» sualına İliç nikbin cavab verib: «Vəziyyəti düzəltməyə çalışacağıq. Ramalinqomun tezliklə qayıtması bizə güc verəcək. Unutmayaq ki, bizim hələ Kubokda da şansımız davam edir».

Futbolçuların xarakter nümayiş etdirə bilməməsi və məşqçinin kənardan çox sakit görünməsi ilə bağlı tənqidlərə İliç belə aydınlıq gətirib: «Mən sakit deyiləm. Biz daim iş aparırıq. Sadəcə, oyunun ilk 20 dəqiqəsində buraxılan qollar bütün planlarımızı alt-üst etdi və komandanın oyununu qırdı».

Paylaş:

Xəbər Lenti

Dambrauskas hakimləri tənqid etdi: “Qərarları başa düşmədim”

28.11.26 | 22:53

Maksimov: “Qələbələr qazanmaq üçün heyəti gücləndirməliyik”

28.11.26 | 22:16

“Sabah”dan inamlı qələbə, “Araz-Naxçıvan” isə yenə uduzdu

28.11.26 | 21:23

Messinin “İnter Mayami”si MLS-də titulunu qoruya bilmədi

28.11.26 | 21:56

UEFA FİFA-nı İnfantinoya dəstək üçün təzyiq iddialarını araşdırmağa çağırdı

28.11.26 | 21:43

Mourinyo: “Vinisiusun ehtiyatda qalması onun problemidir, mənim yox”

28.11.26 | 20:48

Azər Məmmədov: “Ən azı bir xala layiq idik”

28.11.26 | 20:06

Berdıyev: “Oyunçularımız xarakter göstərdi”

28.11.26 | 20:07

“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46