Premyer Liqanın 22-ci turu gözlənilməz nəticə ilə start götürüb. Turnir cədvəlinin alt sıralarında qərarlaşan “Kəpəz”, doğma meydanda avrokuboklar üçün mübarizə aparan “Sumqayıt”ı qəbul edib.
2026-cı ilə olduqca qeyri-sabit başlayan “Gənclər şəhəri” təmsilçisi, bu turda da azarkeşlərini məyus edərək ağır məğlubiyyətlə üzləşib. Halbuki oyundan əvvəl proqnozlar Azər Bağırovun komandasının əleyhinə idi. “Qarabağ” üzərindəki sensasiyalı (2:0) qələbədən sonra keçirdiyi 4 oyunda cəmi bir xal toplayan Gəncə klubu, bu dəfə əsl xarakter nümayiş etdirdi. İlk hissədəcə vurulan 3 cavabsız qol “Kəpəz”in turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmaq yolunda vacib addım oldu.
“Sumqayıt” üçün isə bu məğlubiyyət avrokubok iddialarına ciddi zərbə vurdu. Komandanın hücumdakı kəsərsizliyi və müdafiə xəttindəki fərdi səhvlər növbəti xal itkisini qaçılmaz etdi. Nikola Ninkoviçin qırmızı vərəqə alaraq meydandan qovulması isə qonaqların vəziyyətini tamamilə çətinləşdirdi.
KƏPƏZ – SUMQAYIT 3:0 (3:0)
Qollar: Ohore, 2 (1:0), Paçu, 19 (2:0), 40-pen. (3:0)
Baş hakim – Rəşad Əhmədov.
“Kəpəz”: Yusif İmanov, Ehtiram Şahverdiyev, Fərid Nəbiyev (Fərid Kələntərov, 79), Rəhman Hacıyev (Camal Cəfərov, 79), Paçu (Sadiq Şafiyev, 68), Dioqo Verdaşka (k), Olavale Onanuqa (Ümid Səmədov, 79), Mahamadu Ba (Əli Səmədov, 58), Adama Fofana, Mate Abuladze, Renosuke Ohore.
“Sumqayıt” Mehdi Cənnətov (k), Rüstəm Əhmədzadə (Sənan Muradlı, 75), Emil Mustafayev (Aleksa Yankoviç, 46), Səbuhi Abdullazadə, Nadir Orucov, Nikola Ninkoviç, Rayan Senhaci, Sedrik Badolo (Nihat Əhmədzadə, 66), Danilo Beskorovaynı, Masaki Murata (Simon Nsane, 46), Keffel (Vüsal Paşayev, 66).
Sarı vərəqələr: Ba 12, Mustafayev 35 Ninkoviç 45+1, İmanov 45+2, Orucov 57Qırmızı vərəqə: Ninkoviç, 62 (ikinci sarı vərəqə)