“Araz-Naxçıvan” ilə yollarını ayıran Elçin Mustafayevin yeni klubu bəlli olub. 1-ci Liqada mübarizə aparan “Mingəçevir” 25 yaşlı müdafiəçini heyətinə cəlb edib. Klub futbolçu ilə mövsümün sonunadək rəsmi müqavilə imzalandığını açıqlayıb.
Bundan başqa, “Mingəçevir” son olaraq “Səbail”də çıxış etmiş 26 yaşlı mərkəz yarımmüdafiəçisi Bahadur Həziyevi də rənglərinə bağlayıb. Hər iki futbolçu artıq komandanın düşərgəsinə qoşulub.