“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Ayntraxt”da şok qərar verilib. Belə ki, Frankfut klubu Bakı səfəri öncəsi baş məşqçi Dino Toppmöllerlə yollarını ayırıb. “Qartallar”ın idman direktoru Markus Kröşen istefa ilə bağlı belə deyib: “Dino böyük peşəkarlıqla çalışsa da, komandanın oyununda geriləmə hiss olunurdu. Bizə yeni bir idman impulsu lazımdır. Bu mövsüm arzuladığımız aqressiv və dinamik futbolu tam nümayiş etdirə bilmədik“.
Gedişi ilə bağlı danışan Toppmöller isə bunları bunları söyləyib: “Bu komanda ilə gələcək çətinliklərə sinə gərməyi çox istərdim, lakin klubun qərarına hörmətlə yanaşıram. Son iki il yarım ərzində əldə etdiyimiz nailiyyətlərlə fəxr edirəm“.
Toppmöllerin gedişindən sonra komanda müvəqqəti olaraq gənc mütəxəssislərə tapşırılıb. “Qarabağ”la Çempionlar Liqasının oyununda “Ayntraxt”ın sükanı arxasında Dennis Şmitt (U21-in baş məşqçisi) olacaq, ona Aleksandr Meyer assistentlik edəcək.
Təmsilçimizlə oyun ərəfəsində rəqib düşərgəsində yaşanan bu baş məşqçi dəyişikliyinin oyunun nəticəsinə necə təsir edəcəyi maraqla gözlənilir.