Bü gün “Araz-Naxçıvan” futzal komandası Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti oyununu keçirəcək. Naxçıvanlılar səfərdə Portuqaliya “Benfika”sı ilə qarşılaşacaqlar. “Pavilyao Fidelidade” arenasında baş tutacaq görüş Bakı vaxtıyla saat 21:30-da başlayacaq. Qarşılaşmanı Serbiyadan olan hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, Bakıda keçirilən ilk matçda “Benfika” qələbə qazanıb – 9:0. Bu üzdən cavab oynunun formal xarakter daşıdığını söyləsək yanılmarıq.