Bir müddət əvvəl ABŞ-ın İranın nümayəndə heyətinin bəzi üzvünə, o cümlədən yerli futbol federasiyasının prezidenti Mehdi Taca viza verməkdən imtina etdikdən sonra Tehran qarşı tərəfi ölkə futbolunun əsas fiqurlarının tədbirdə iştirakına mane olmaqda günahlandiraraq DÇ-2026-nın püşkatmasını boykot edəcəklərini bildirmişdi. Ancaq İran mövqeyini yumşaldıb və artıq bəyanatlarını geri götürüb. Çərşənbə günü ölkə futbol federasiyası (İFF) Tramp administrasiyasın;n tətbiq etdiyi viza məhdudiyyəti ilə bağlı yaşanan qeyri-müəyyənliyə baxmayaraq, bəzi nümayəndələrinin cümə günü Vaşinqtonda olacağını açıqlayıb.
Bu günlərdə “idmanla əlaqəsi olmayan qərarları” pisləyən İFF-nin sözçüsü, qalan fərdi işlərin həlli üçün FIFA ilə paralel danışıqların aparıldığın təsdiqləyib.
İran idman qurumlarının məlumatına görə, yığmanın baş məşqçisi Əmir Qalenoyinin rəhbərlik edəcəyi kiçik bir nümayəndə heyətinə ABŞ-a girməyə icazə veriləcək. Bu minimal iştirak kövrək bir güzəştdir, çünki İran tamamilə boykotdan imtina etsə də, FİFA və Asiya Futbol Konfederasiyası komitələrinin üzvləri də daxil olmaqla, ən nüfuzlu rəsmilərin bəzilərinin 2025-ci ildə qəbul edilmiş immiqrasiya bəyannaməsinə əsasən ABŞ-a girişi qadağandır.