“Palmeiras”ın yeddi yaşlı fanatı Yaqo komandasının Libertadores Kubokunun finalına yüksələcəyi təqdirdə evdən məktəbə olan dörd kilometr məsafəni dizüstə qət edəcəyinə söz verib. Maraqlıdır ki, ilk görüşdə səfərdə Ekvadorun “LDU Kito” klubuna 0:3 hesabıyla uduzan braziliyalılar cavab oyununda məğlubiyyətin əvəzini dörd cavabsız qolla çıxaraq finala vəsiqə qazanıblar. Bu qələbədən sonra braziliyalı fanat sözünə əməl edərək saat 05:30-da evdən ayrılıb və səhər saat 10:00-da məktəbə çatıb.
Yeri gəlmişkən, noyabrın 30-da keçiriləcək finalda “Palmeiras”ın rəqibi Braziliyanın digər klubu “Flamenqo” olacaq. Son illər Cənubi Amerikanın bir nömrəli klub turnirində braziliyalılar ağalıq edir. Belə ki, son 6 turnirin qalibi Pelenin həmvətənliləri olub.