Bu gün öz meydanında “Real” “Barselon”a ilə üz-üzə gəldi. Bu dəfə duelin favoriti son beş “El Klasikon”nun dördünü qazanan “Barsa” yox, “Kral klub”u sayılırdı. Bunun da obyektiv səbəbləri vardı. Oyun öncəsi başsız qalan kataloniyalılar ciddi itkilərlə üzləşmişdi. Bukmeker kontorlarının mütəxissləri də “Reala”ın daha şanslı olduğunu vurğulayırdı.
Oyun madridlilərin təhlükəli hücumlarıyla başladı və artıq 2-ci dəqiqqədə hakim Sesar Soto Qrado Lamin Yamalın Vinisius Juniora qarşı kobud oynadığını düşünərək “Barsa”nın qapısına penalti təyin etdi. Hadiisəyə müdaxilə edən videoassistent referini kimin qaydanı pozmasını dəqiqləşdirmək üçün epizodun təkrarına baxmağa dəvət etdi. Yamalın yox, Vinisiusun onun ayağına zərbə endirdiyini görən hakim qərarını dəyişərək, penaltini ləğv etdi. Hakimin bu addımı “ağlar”ı sındırmadı və hücumlarını davam etdirdilər. Tezliklə Kilian Mbappe yerə dəyib sıçrayaran topu ustalıqla qapıçının başı üzərindən tora göndərdi. Yenə “Barsa”lıları köməyinə VAR gəldi və hakim fransız forvardın oyundankənar vəziyyətində olduğunu hesab edərək qolu saymadı. “Kral klubu”nun səyləri tezliklə bəhrəsini verdi və Mbappe Cud Bellingemin meydanın dərinliyində etdiyi gözəl ötürmədən sonra süni oyundankənar vəziyyətindən qaçaraq hesabı açdı. Yeri gəlmişkən, Mpappe XXI əsrdə bütün turnirlərdə ardıcıl dörd “El Klassiko”da qol vuran üçüncü futbolçu oldu. Əvvəl bunu Ronaldinyo və Ronaldo bacarmışdı. Tezliklə kataloniyalılar bərabərlik qolunu vura bildi. “Barselona”lılar pressinq nəticəsində Arda Güləri səhv etdi və kataloniyalılar dərhal bundan faydalandılar. “Barsa”nın heyətində ən yaxşı formada olan Fermin Lopes hesabı bərabərləşdirdi. İlk yarınin sonuna yaxın Xabi Alonsonun komandası yenidən hesabda irəli çıxdı. Vinisiusun sol cinah ötürməsindən sonra hücuma qoşulan Eder Milatao topu Bellingemə göndərdi.
İkinci hissə daha çox Mbappenin penaltini qaçırması, “Barsa”nın ara-sıra hücumları, “Real”ın əvəzləmələri və oyunun sonunda Pedronun ikinci sarı vərəqəni almasından yaşanan gərginliklə yadda qaldı. Alonso əvvəlcə bu mövsümdə bəlkə də ən zəif oynunu keçirən Ardanı Braim Diasla əvəzlədi. Rodriqo ilə əvəzlənən Vinisius isə Alonsonun qərarına etiraz edərək, deyinə-deyinə ehtiyat oyunçular skamyasına yox, birbaşa soyunub-geyinmə otağına yollandı.
Beləliklə “Real” “Barsa”nın “El Klassiko”dakı qələbə seriyasını qırdı.