“Barselona”nın prezidenti Joan Laporta 3CAT telekanalına müsahibəsində onun üçün cənnətin harada olduğunu açıqlayıb: “Təcrübəli katolik olmasam da, Allaha inanıram. Mənim üçün cənnət “Barselona”nın “Real”a hər beş dəqiqədən bir qol vurduğu yerdir. Allah varsa, deməli o, “Barselona”nın azarkeşidir”. Xatırladaq ki, oktyabrın 26-da “Real” evdə “Barselona” ilə qarşılaşaq. Hazırda “Real” 21 xalla İspaniya çempionatının lideridir. “Barsa” isə 19 xalla 2-ci yerdə qərarlaşıb.