Qurban Qurbanov: Yaxşı və ciddi komandaya qarşı oynayırıq

30.09.25 | 15:58
Ölkə futbolu

UEFA Çempionlar Liqasında sabah “Kopenhagen”lə oyuna çıxacaq “Qarabağ”ın baş məqçisi Qurban Qurbanovun mətbuat konfransında jurnalistlərin suallarına cavab verib:

Qurbanov bildirib ki, böyük turnirin, böyük futbolun Bakıda ilk oyununun keçirilməsi sevindiricidir. “Sevinirik, həm də çox həyəcanlı və məsuliyyətliyik. İlk oyunda bilirik ki, diqqət çoxdur. Azərbaycanın hər bölgəsində bu oyuna maraq çoxdur. Oyuna bacardığımız qədər hazırlaşdıq. Bu gün imkanımız olacaq ki, hazırlaşaq. Yaxşı və ciddi komandaya qarşı oynayırıq. İnanıram ki, futbolçular öz qabiliyyətləri və bacarıqları ilə yaxşı mübarizə aparacaqlar, azarkeşləri sevindirməyə çalışacaqlar”.

– “Benfika” üzərində qələbədən sonra Avropa və dünyanın diqqəti “Qarabağ”dadır. Komanda bu məsuliyyətdən çıxmağa hazırdır? Bu təzyiq komandaya təsir edirmi?
– İnanın ki, həmişə belə anlarda çox sevinirəm. Çünki əgər Avropa və dünya futbolunun “Qarabağ”a diqqəti varsa, bu, Azərbaycana olan diqqətdir. Azərbaycanla daha yaxından maraqlanırlar. Bəli, bu gün ola bilər ki, futbolda uğurlarımız, nəticələrimiz elə də ürəkaçan deyil. Ancaq belə qalibiyyətlər futbolu daha da çox sevdirir, futbolçularımıza inam verir. Futbola yatırım qoymaq üçün insanlara inam və həvəs verir. Futbol idmanın şahıdır. Buradakı qələbələr illər boyu danışılır. Xüsusilə də, böyük nailiyyətlər. İlk olaraq bunu düşünürəm. Bunu düşünərək də, futbolçulara deyirəm ki, bu fikirlərlə meydana çıxaq. Belə hallarda məsuliyyət daha da çoxalır. Ən vacibi odur ki, hamınız bura inamlı gəlirsiz. Sizin ümidləriniz də futbola qənaətbəxş olmur. Amma siz, azarkeşlər bura ümidlə gəlirsiz. Həyəcan mütləq olur. Məsuliyyət olduqda istənilən uğuru əldə etmək olar. Bəlkə ilk dəqiqələrdən həyəcan ola bilər. İdman elədir ki, işin içinə girdikcə, qorxu, həyəcan yox olmağa başlayır. Bəzən uduzursan, yıxılırsan, vurursan. Yavaş-yavaş həyəcan yox olur. Vacibdir ki, bunu dərk edərək meydana çıxasan. 90 dəqiqə qorxu olsa, böyük problem yaradar. Allaha şükür bizdə elə bir şey yoxdur.

– Tofiq Bəhramov stadionunun durumu necədir? Bu stadion komanda üçün daha rahatdır?
– Elə bir şey var. Bəlkə futbolçular özlərini daha komfortlu hiss edirlər. Əsas Bakıda olmağımızdır. Qonaqları qəbul etməyimiz və azarkeş kütləsinin çox olmasıdır. Bəlkə oyunları BOS-da da keçirə bilərdik. Orada lazım olsaydı. Geniş arenanı Avropaya göstərməyimiz faydalı iş olardı. Meydança amili rol oynayır. Hazırda futbolçular burada özlərini daha komfortlu hiss edirlər. BOS-da da olsaydı, məsuliyyət eyni qalacaqdı.

– Tofiq Bəhramov stadionunun ot örtüyü nə yerdədir?
– Normaldır. Nə qədər yaxşı görünməsə belə, həmişə razı qalmışıq. Başa düşürük ki, elə period olur, istədiyini əldə edə bilmirsən. İqlimdən də çox şey asılıdır. Bizim şəhər fərqli iqlimdədir. Buna baxmayaraq, maksimum dərəcədə əvvəlki ilərə baxanda, daha yaxşı duruma gedir.

– Marko Yankoviçin əvəzinə hansı futbolçu oynayacaq?
– Təxmini bilirəm. Amma yenə də axşamdakı məşqdə bir neçə rotasiyalar edəcəm. 

– 2017-ci ildəki “Kopenhagen”lə indiki arasında hansı fərq var?
– Bu klubun üstünlüyü ondadır ki, öz oyun fəlsəfələrindən əl çəkmirlər. 2017-ci ildən bu yana sistemlərində dəyişiklik olmayıb. Çox nadir hallarda bəzi rotasiyalar edirlər. Üstünlükləri də budur. Çalışırlar ki, onu illərlə daha da təkmilləşdirsinlər. Bu da onların sabit nəticələrinə gətirib çıxarır. 2017-ci ildə ola bilər ki, futbolçuların bəzi xüsusiyyətlərində builki ilə fərq var. Daha texnikalı oyunçuları var. Klubun fəlsəfəsi həmişə yerində qalır. Bu da yaxşı nəticələrə gətirib çıxarır.

– “Qarabağ” “Kopenahgen”ə qalib gəlməyin yolunu tapıb?
– Qalib gəlməyin düsturu olur. Bütün rəqiblərə qarşı. Futbolda işimiz ondan ibarətdir ki, qələbə üçün işləyirik. İstənilən rəqibə qalib gəlmək üçün hazırlaşırıq. Biz daha çox kiçik turnirlərdə qalib olmaq üçün işləyirik. Rəqibdən də çox şey asılıdır. Amma bacardığımız qədər hazırlaşmışıq. Çalışacağıq ki, qalibiyyət üçün artığını da edək. Ancaq qarşımızda “Kopenhagen” var. Onların da göstərəcəyi oyuna hazır olmalıyıq.

Paylaş:

Xəbər Lenti

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevllə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13