Norveç millisinin hücumçusu Erling Haaland Dünya Çempionatının seçmə mərhələsinin qrup oyununda Moldova qapısına ilk yarıda 3 qol vurmaqla millidə ardıcıl 8-ci oyunda fərqləndi. Haalandın millidəki qol seriyası 2024-cü ilin noyabrından davam edir.
Bununla da, “Mançester Siti”nin ulduz oyunçusu ümumilikdə millidə 45 oyuna 46 qol vurmuş oldu.
Haaland Norveç millisinə 19 yaşında, 5 sentyabr 2019-cu ildə, Avro-2020 seçmə oyununda Malta ilə (2:0) görüşdə debüt edib. Millidə ilk qolunu isə 4 sentyabr 2020-ci ildə Millətlər Liqasında Avstriya ilə (1:2) oyunda vurub.
Qeyd edək ki, Norveç yığması sonuncu dəfə 27 il əvvəl Dünya Çempionatında iştirak edib. Hazırda Norveç 5 oyuna 15 xalla qrupda itkisiz irəliləyir.