Günahkar axtarmaq asandır, günahkarı tapmaq ondan da asan

08.09.25 | 16:58
Ölkə futbolu

Milli komandanın miskin durumu statistikanın aynasında

AFFA Fernandu Santuşu da yola saldı. Ancaq bu istefanın futbolumuzda nəyisə dəyişəcəyi inandırıcı deyil. Əvvələr olduğu kimi Əli gedəcək, Vəli gələcək, Vəli gedəcək Məmməd gələcək və yenə heç nə dəyişməyəcək. Dünənə kimi bütün günahlar əcnəbilərin ayağına yazılırdısa, bundan sonra uğursuzluğun əsas səbəbkarı yerli mütəxəssislər olacaq. Qısası, futbolumuzun acınacaqlı duruma düşməsində ən böyük pay sahibi olan AFFA və klublarımız diqqətdən kənarda qalacaqlar. Uğur qazanmaq istəyiriksə ilk növbədə futbola olan yanaşmamızı dəyişməliyik. Ən azından Gürcüstan, Özbəkistan və heç olmasa qapımıza 5 top vuran islandların futbol modelinə diqqət yetirməliyik. Bu ölkələrdə fəaliyyət göstərən və FİFA tərəfindən yüksək qiymət alan futbol akademiyaları yetərincədir. Bizdə isə biri də yoxdur. Klubların nəzdindəki uşaq komandaları isə sadəcə gözdən pərdə asmaq üçündür. İnanın ölkəmizdəki Pro, A, B və C kateqoriyası olan məşqçilərin siyahısını tutsaq 12 vərəqli dəftərə sığmaz. Ancaq nə faydası. Bu məşqçilər indiyədək ən azından qitənin ortabab liqalarında oynamaq gücündə olan bir futbolçu belə yetişdirə bilməyiblər. Bəli, futbolumuzun belə acı duruma düşməsinin təməli nə dünən, nə bu gün, təxminən 20 il bundan əvvəl qoyulub. Təəssüf ki, indiki rəhbərlik də heç nəyi dəyişmək niyyətində deyil. Onlarda köhnələrin yolunu davam etdirir. Şübhəsiz, istənilən ölkənin futbolunun inkşafının aynası milli komandadır. Elə isə gəlin İslandiya ilə Ukrayna yığmalarının heyətinə və çempionatına diqqət yetirək. Ada ölkəsinin çempionatının son turunda 6 oyun keçirilib və start heyətdə meydana çıxan futbolçulardan 94-ü yerli, 38-i legioner olub. Milli komandanın heyətində tam əksinədir. Meydana çıxanların hamısı legionerlər idi. Hətta ehtiyat oyunçular skamyasında oturanlardan yalnız A. Eynarsson yerli çempionatı təmsil edirdi. Özü də bu futbolçular qitənin İngiltərə, İtaliya, Fransa və Hollandiya kimi aparıcı çemionatlarında top qovurlar. Ukrayna Premyer Liqasının son turunda baş tutan 8 oyunda start heyətdə yer alan futbolçulardan 125-i yerli, 51-i legioner idi. Rusların təcavüzü üzündən Fransa ilə neytral meydanda qarşılaşan Ukraynanın start heyətində yer alan oyunçulardan yalnız 4-ü yerli çempionatı təmsil edirdi. Qalanları isə PSJ, “Roma”, “Valensiya”, “Benfika” kimi klubların şərəfini qoruyurlar. Bəs bizdə vəziyyət necədir? Milli komandamızın heyətində Mahir Emrelidən başqa legioner yox idi. Milli çempionatda isə start heyətdə meydana çıxan legionerlərin sayı yerli futbolçulardan iki dəfə çoxdur. 

Paylaş:

Xəbər Lenti

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28