Erik ten Haqın Leverkuzen “Bayer”i ilə qısa müddətli əməkdaşlığının maliyyə təfərrüatları açıqlanıb. “Bayer” 55 yaşlı holland məşqçiylə müqaviləyə vaxtından əvvəl xitam verdiklərinə görə 5 milyon avro kompensasiya ödəməli olub. Bu məbələğin üstünə ten Haqının 2 aylıq maaşını da əlavə etsək onun alman klubunda qazancının 6 milyon avroya yaxın olduğunu görərik. Holland “Bayer”də nə az, nə çox, gününə təxminən 100 min avro qazanıb.