Tarixində ilk dəfə Avropa Kuboklarında oynayan “Araz-Naxçıvan” tarixi nəticə əldə edərək Konfrans Liqasında növbəti mərhələyə çıxıb. İlk oyunda 2:1 hesabı ilə qələbə qazanan naxçıvanlılar cavab oyununda Yunanıstanın “Aris” klubu ilə 2:2 oynayaraq daha bir ilkə imza atıb. İlk yarıda Boli və Felipenin qolları ilə 2:0 öndə olan “Araz” ikinci hissənin əvvəlində Ribeyronun meydandan qovulması ilə azlıqda qalıb. Xüsusən də ilk qolun vurulmasında Felipe Santosun ötürməsi təqdirəlayiqdir. Hücumçu bir neçə rəqib oyunçunun arasından Boliyə dəqiq ötürmə verə bildi. Son dəqiqələrə qədər əzmkar oyun göstərən Elmar Baxşıyevin yetirmələri iki top buraxsalar da istənilən nəticəyə nail olub. “Araz-Naxçıvan”ı növbəti mərhələdə Kiprin “Omoniya” komandası gözləyir.
UEFA Konfrans Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
Aris – Araz-Naxçıvan 2:2
Qollar: Fabiano, 62. Monçu, 90 – Çarlz Boli, 11. Felipe Santos, 38-pen.
Qırmızı vərəqə: İqor Ribeyro, 52.
Baş hakim: Devid Dikinson (Şotlandiya)
Saloniki, “Kleantis Vikelidis” stadionu
İlk oyun – 1:2.