“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24
Ölkə futbolu

İtaliyanın nüfuzlu Sky Sport nəşri “Sampdoriya”nın gənc hücumçusu, Azərbaycan U-21 millisinin üzvü Lorenzo Mezzotero haqqında geniş məqalə dərc edib.

Yazıda 18 yaşlı futbolçunun qısa müddətdə İtaliya klubunun əsas komandasına yüksəlməsi, məhsuldar oyunu və maraqlı karyera yolu diqqətə çatdırılıb. Nəşr onun gələcəkdə hansı ölkənin milli komandasını seçəcəyinə də xüsusi yer ayırıb.

Monzada anadan olan Mezzotero dörd yaşında ailəsi ilə Kanadaya köçüb. Daha sonra Azərbaycanda yaşayıb, futbol təhsilini “Neftçi” və “Qarabağ”ın akademiyalarında davam etdirib. 2020-ci ildə İtaliyaya qayıdan hücumçu “Vigor Milano”da çıxış edib, daha sonra “Atalanta”nın diqqətini çəkib. 2023-cü ildə isə İspaniyanın “Marcet” futbol akademiyasına yollanıb. Ardınca İtaliyaya qayıdaraq “Cenoa” və “Sampdoriya” sistemində çıxış edib.

Mezzotero cari mövsümdə “Sampdoriya”nın əsas komandasında özünü göstərməyə başlayıb. Oktyabrın 31-də “Virtus Entella” ilə derbidə meydana çıxan hücumçu həmin görüşdə bir qolun vurulmasında iştirak edib, digərini isə özü rəqib qapısından keçirib. Sonrakı matçlarda da məhsuldarlığını davam etdirən futbolçu “Padova” ilə qarşılaşmada dubl edib.

Sky Sport-un məlumatına görə, 18 yaşlı hücumçu ümumilikdə altı oyunda meydana çıxıb, son dörd Seriya B matçında isə dörd qol vurub. O, hər 75 dəqiqədən bir fərqlənir. “Sampdoriya” da gənc futbolçuya etimadını nümayiş etdirərək noyabrın 20-də onunla müqaviləni 2030-cu ilədək uzadıb. Mezzotero yeni sözləşməni gələcək inkişafı üçün mühüm addım kimi dəyərləndirib.

190 santimetr boya malik hücumçu sağ ayaqla oynasa da, sol ayağı ilə də qol vurmağı bacarır. Sky Sport onu fiziki gücü, texniki bacarığı, qol duyumu və hücumun müxtəlif mövqelərində oynamaq qabiliyyəti ilə seçilən futbolçu kimi xarakterizə edib.

Məqalədə Mezzoteronun milli komanda seçimi də diqqət mərkəzinə gətirilib. İkiqat vətəndaşlığı olan futbolçu hazırda Azərbaycan U-21 millisinin üzvüdür. O, Avropa çempionatının seçmə mərhələsində Çexiya, Şotlandiya və Cəbəllütariq yığmalarına qarşı üç oyunda meydana çıxıb. İyunda isə U-21-də debüt qolunu vurub.

Noyabrın 6-da baş məşqçi Ayxan Abbasov onu ilk dəfə Azərbaycan millisinin UEFA Millətlər Liqasında Lixtenşteyn və Andorraya qarşı oyunları üçün heyətə dəvət edib. Lakin yüngül zədə səbəbindən futbolçu bu çağırışa qoşula bilməyib. Beləliklə, Mezzotero İtaliyada klub karyerasında sürətlə irəliləyir, Azərbaycan millisində isə beynəlxalq təcrübə qazanır. Sky Sport-un diqqət çəkdiyi əsas sual isə açıq qalır: gənc hücumçu gələcəkdə hansı ölkənin əsas milli komandasını seçəcək?

Paylaş:

Xəbər Lenti

Messinin “İnter Mayami”si MLS-də titulunu qoruya bilmədi

28.11.26 | 21:56

UEFA FİFA-nı İnfantinoya dəstək üçün təzyiq iddialarını araşdırmağa çağırdı

28.11.26 | 21:43

Mourinyo: “Vinisiusun ehtiyatda qalması onun problemidir, mənim yox”

28.11.26 | 20:48

Azər Məmmədov: “Ən azı bir xala layiq idik”

28.11.26 | 20:06

Berdıyev: “Oyunçularımız xarakter göstərdi”

28.11.26 | 20:07

“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34