“Atalanta” ilə matçda zədələnən Çalhanoğlu sıradan çıxdı

23.11.26 | 21:36
Dünya futbolu

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu zədə səbəbindən komandasına azı iki oyunda kömək edə bilməyəcək.

İtaliya A Seriyasının XII turunda “Atalanta” ilə səfər matçında (4:4) zədələnən 32 yaşlı futbolçu qarşılaşmanı erkən başa vurmalı olub. O, 33-cü dəqiqədə meydanı tərk edərək yerini Petar Suçiçə verib.

“Sky Sport”un məlumatına görə, türkiyəli futbolçunun sağ bud nahiyəsindəki əzələ qrupunda zədə aşkarlanıb. Bu səbəbdən o, çərşənbə günü Çempionlar Liqasında “Ştutqart”, şənbə günü isə A Seriyasında “Cenoa” ilə görüşləri buraxacaq.

Qeyd edək ki, Çalhanoğlu ötən ilin sentyabrında da sağ budunun adduktor əzələsindən zədələnərək təxminən 20 gün yaşıl meydanlardan kənarda qalmışdı.

Təcrübəli yarımmüdafiəçi bu mövsüm “İnter”in heyətində bütün turnirlərdə 14 rəsmi oyuna çıxıb, 761 dəqiqə meydanda olub və 3 qol vurub.

Paylaş:

Xəbər Lenti

Dambrauskas hakimləri tənqid etdi: “Qərarları başa düşmədim”

28.11.26 | 22:53

Maksimov: “Qələbələr qazanmaq üçün heyəti gücləndirməliyik”

28.11.26 | 22:16

“Sabah”dan inamlı qələbə, “Araz-Naxçıvan” isə yenə uduzdu

28.11.26 | 21:23

Messinin “İnter Mayami”si MLS-də titulunu qoruya bilmədi

28.11.26 | 21:56

UEFA FİFA-nı İnfantinoya dəstək üçün təzyiq iddialarını araşdırmağa çağırdı

28.11.26 | 21:43

Mourinyo: “Vinisiusun ehtiyatda qalması onun problemidir, mənim yox”

28.11.26 | 20:48

Azər Məmmədov: “Ən azı bir xala layiq idik”

28.11.26 | 20:06

Berdıyev: “Oyunçularımız xarakter göstərdi”

28.11.26 | 20:07

“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46